"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: GÜZGÜ QAYITDI GÜZGÜ QAYITDI ================================================================================ admin on 07 May, 2010 Mənim Ceyranım məktəbli bir qız Olur Bakının dağ hissəsində. Bu suyuşirin, bu qarayağız Qızın səsində Duyğusu dərin Şirin dalğalı ahəngi yaşar. Bu lətif ahəng ruhları oxşar. Girmişdir payız, yarpaqlar sarı… Mənim Ceyranım payız kibidir. Aləm axışır məktəbə sarı, O əsəbidir, Həyata qanıq, Ürəyi yanıq, Çünki Ceyranım yaşa dolmuşdur, Anası deyən “gəlin olmuşdur”. Qonşuda bir qız yaxdı özünü, Bir acı, soyuq, küləkli gündə Yeni həyata yumdu gözünü. Bu iş üstündə Ceyranın fəqət, Bundan bir ibrət Almadı yenə ata-anası, Qulaqlarında elin zurnası. Gəldi Ceyranı kim sevirdisə, Dilə tutuldu, “həri” alındı. Ceyran bilmədi, qapıldı hissə, Razı salındı, Məktəbi atdı. Dadına çatdı Bu zaman onun bir qız yoldaşı. Ceyran düşündü, çatıldı qaşı. Girmişdi payız… Ceyran neylərdi? Elm ocağında getdi bir səhər, Öz ürəyini açdı söylədi… Uzaq bir şəhər, Burdan çoz uzaq… Tiren alaraq Ceyranı atdı həmən şəhərə. Yerin altında gəzən şəhərə… El-gün yığıldı, məclis qurdular, Dedilər: “Ceyran Bakıda deyil”. Brir ilan kimi qovrulurdular Onlar elə bil. Bir titrəyirdi, İnildəyirdi. Bu nə kələklər, bu nə ədadır? Deyirlər Ceyran Moskvadadır. Avam anası tutuldu qəmə, Avam atası qaşını çatdı. Nifrət etdilər yeni aləmə. Güzgü qayıtdı… Oğlan evindən Qopdu bir şivən: - Yerə girəsən, a belə gəlin! Görüm ağ günə çatmasın əlin!.. Ceyran oxuyur… Moskvadadır Bakıda gəzir… sərxoş adaxlı. Bu nə kələkdir, bu nə ədadır? Mən bu maraqalı Lövhəni aldım, Kitaba saldım. Başıma sanki mövzu qəhətdi… Adın qoydum: Güzgü qayıtdı”.