GÜZGÜ QAYITDI
Mənim Ceyranım məktəbli bir qız
Olur Bakının dağ hissəsində.
Bu suyuşirin, bu qarayağız
Qızın səsində
Duyğusu dərin
Şirin dalğalı ahəngi yaşar.
Bu lətif ahəng ruhları oxşar.
Girmişdir payız, yarpaqlar sarı…
Mənim Ceyranım payız kibidir.
Aləm axışır məktəbə sarı,
O əsəbidir,
Həyata qanıq,
Ürəyi yanıq,
Çünki Ceyranım yaşa dolmuşdur,
Anası deyən “gəlin olmuşdur”.
Qonşuda bir qız yaxdı özünü,
Bir acı, soyuq, küləkli gündə
Yeni həyata yumdu gözünü.
Bu iş üstündə
Ceyranın fəqət,
Bundan bir ibrət
Almadı yenə ata-anası,
Qulaqlarında elin zurnası.
Gəldi Ceyranı kim sevirdisə,
Dilə tutuldu, “həri” alındı.
Ceyran bilmədi, qapıldı hissə,
Razı salındı,
Məktəbi atdı.
Dadına çatdı
Bu zaman onun bir qız yoldaşı.
Ceyran düşündü, çatıldı qaşı.
Girmişdi payız… Ceyran neylərdi?
Elm ocağında getdi bir səhər,
Öz ürəyini açdı söylədi…
Uzaq bir şəhər,
Burdan çoz uzaq…
Tiren alaraq
Ceyranı atdı həmən şəhərə.
Yerin altında gəzən şəhərə…
El-gün yığıldı, məclis qurdular,
Dedilər: “Ceyran Bakıda deyil”.
Brir ilan kimi qovrulurdular
Onlar elə bil.
Bir titrəyirdi,
İnildəyirdi.
Bu nə kələklər, bu nə ədadır?
Deyirlər Ceyran Moskvadadır.
Avam anası tutuldu qəmə,
Avam atası qaşını çatdı.
Nifrət etdilər yeni aləmə.
Güzgü qayıtdı…
Oğlan evindən
Qopdu bir şivən:
- Yerə girəsən, a belə gəlin!
Görüm ağ günə çatmasın əlin!..
Ceyran oxuyur… Moskvadadır
Bakıda gəzir… sərxoş adaxlı.
Bu nə kələkdir, bu nə ədadır?
Mən bu maraqalı
Lövhəni aldım,
Kitaba saldım.
Başıma sanki mövzu qəhətdi…
Adın qoydum: Güzgü qayıtdı”.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







