"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: SƏNİN GÖZLƏRİN SƏNİN GÖZLƏRİN ================================================================================ admin on 07 May, 2010 Nə gözəl süzülür qara gözlərin, Əcaba, onları süzmək vaxtımı? Duruşun mə’nalı, baxışın dərin, Mən bu dərinlikdə buldum baxtımı. Sənin gözlərinmi gənclik bağında, Yoxsa nərgizlərin sayrışıb oynar? Yoxsa çıxılmayan eşqin dağında Ömrümün dirilik çeşməsi oynar? O qara gözlərin deyil parlayan, Ulduzlar içində gecələrimdir! Bəlkə də ruhuma aydınlıq yayan Bir sərin, ziyalı, yaz səhərimdir. Qoy desin dünyanın el aşıqları Bu şövqü kim mənim ruhuma yaydı, Donardım, gözünün şən işıqları Qəlbimin camında qırılmasaydı. Qara qış üstümə tökər qarını Nərgiz gözlərindən məni ayırsan. Mənim ümidimin qapılarını Neçin gah açırsan, gah qapayırsan? Sənin gözlərinmi gənclik bağında, Yoxsa nərgizlərin sayrışıb oynar? Yoxsa çıxılmayan eşqin dağında Ömrümun dirlik çeşməsi qaynar?