SƏNİN GÖZLƏRİN

Şrift ölçüsü: Decrease font Enlarge font

Nə gözəl süzülür qara gözlərin,
Əcaba, onları süzmək vaxtımı?
Duruşun mə’nalı, baxışın dərin,
Mən bu dərinlikdə buldum baxtımı.

 

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi oynar?

 

O qara gözlərin deyil parlayan,
Ulduzlar içində gecələrimdir!
Bəlkə də ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı, yaz səhərimdir.

 

Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı,
Donardım, gözünün şən işıqları
Qəlbimin camında qırılmasaydı.

 

Qara qış üstümə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?

 

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümun dirlik çeşməsi qaynar?

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az