MƏNİM EŞQİM

Şrift ölçüsü: Decrease font Enlarge font

Nə ağırdır mənim eşqim, nə ağır,
Bu ağır siqləti çəkməz divlər.
Ey könül! Burda təhəmmül göstər,
Nə haray çək, nə acıqlan, nə bağır.

 

İldırım çaxdıracaq hər yandan,
Azacıq dolsa buludlarla səma.
Bu dənizlər də çocuqdur, baxma,
Sarsılar hər qopacaq tufandan.

 

Mən fəqət kəndimi hiss etdim şad,
Çəkmədim eşqin əlindən fəryad,
Bu da hər davranışımdan bilinir.

 

Gözlərin, ah o qaranlıq göllər,
Bu gözəl göllərə çox dalsam əgər,
Hər ağırlıq ürəyimdən silinir.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az