"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: XİTAB XİTAB ================================================================================ admin on 07 May, 2010 Nə qədər istəsək boş yerimiz var, Canımız, qanımız, hünərimiz var. Əkilən pambıqlar hələ azdır, az; Bununla iş bitməz, əsla kar aşmaz! Pambıq əkinləri gərək çoxalsın, Qəlbimizdə gəzən həsrət yoxalsın. Kimsəyə olmasın ehtiyacımız, Bitsin həsrətimiz, bitsin acımız! Pambıq çoxaldıqca, fabrik canlanır, Kollektiv güclənir, birlik canlanır, Pambığın çoxluğu çoxluğumuzdur, Pambıq “çörəyimiz”, neft “suyumuzdur”. Hər pambıq tarlası düşmənə mədfən, Hər açılan qoza ona bir kəfən.