XİTAB

Şrift ölçüsü: Decrease font Enlarge font

Nə qədər istəsək boş yerimiz var,
Canımız, qanımız, hünərimiz var.
Əkilən pambıqlar hələ azdır, az;
Bununla iş bitməz, əsla kar aşmaz!
Pambıq əkinləri gərək çoxalsın,
Qəlbimizdə gəzən həsrət yoxalsın.
Kimsəyə olmasın ehtiyacımız,
Bitsin həsrətimiz, bitsin acımız!

Pambıq çoxaldıqca, fabrik canlanır,
Kollektiv güclənir, birlik canlanır,
Pambığın çoxluğu çoxluğumuzdur,
Pambıq “çörəyimiz”, neft “suyumuzdur”.
Hər pambıq tarlası düşmənə mədfən,
Hər açılan qoza ona bir kəfən.

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az