"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: DÜDÜK SƏDALARI DÜDÜK SƏDALARI ================================================================================ admin on 07 May, 2010 Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə. Tıxanır qulağımız sinirli bir ahəngə, O zaman xəyalımız düdüklər coşmuş sanır. Bir çılğın ürpərişlə bu hayqıran düdüklər, Boynumuza həyatın ağır yükünü yüklər, Nəhayət hər tərəfdə gediş-gəliş başlanır. Toplaşır əməkçilər iş başına həvəslə - Üfiqlər bürünürkən fəcirdən bir kömləyə, - Düdüklərin əmrini yerinə yetirməyə. - Çağırınız bizləri kəsilməyən nəfəslə Düdüklər! Yorulmadan çağırınız bizləri, Tə`qib edəcəyiz bir hərəkətlə sizləri. Ey hər düdük ruhundan ruha axan sədalar, Ürəklərdə şən əmək şamı yaxan sədalar, Sizinlə makinanın düyünləri açılır. Boruların ağzından qaçıb uzaqlaşınca, Sür`ətli dalğalarla siz bizə yaxlaşınca, Içimizə həyatın cilvələri saçılır. Düdüklərin müsəlsəl uzun çağırışları, Havada bu görünməz səslərin yarışları Sayəsində çözülür sükunətin bağları. Bə`zən təbəssümlərlə cilvələr bulursunuz, Bə`zən tutqun gözlərin şahidi olursunuz Ey düdük sədaları! Ey düdük sədaları!