DÜDÜK SƏDALARI
Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə.
Tıxanır qulağımız sinirli bir ahəngə,
O zaman xəyalımız düdüklər coşmuş sanır.
Bir çılğın ürpərişlə bu hayqıran düdüklər,
Boynumuza həyatın ağır yükünü yüklər,
Nəhayət hər tərəfdə gediş-gəliş başlanır.
Toplaşır əməkçilər iş başına həvəslə
- Üfiqlər bürünürkən fəcirdən bir kömləyə, -
Düdüklərin əmrini yerinə yetirməyə.
- Çağırınız bizləri kəsilməyən nəfəslə
Düdüklər! Yorulmadan çağırınız bizləri,
Tə`qib edəcəyiz bir hərəkətlə sizləri.
Ey hər düdük ruhundan ruha axan sədalar,
Ürəklərdə şən əmək şamı yaxan sədalar,
Sizinlə makinanın düyünləri açılır.
Boruların ağzından qaçıb uzaqlaşınca,
Sür`ətli dalğalarla siz bizə yaxlaşınca,
Içimizə həyatın cilvələri saçılır.
Düdüklərin müsəlsəl uzun çağırışları,
Havada bu görünməz səslərin yarışları
Sayəsində çözülür sükunətin bağları.
Bə`zən təbəssümlərlə cilvələr bulursunuz,
Bə`zən tutqun gözlərin şahidi olursunuz
Ey düdük sədaları! Ey düdük sədaları!
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







