"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Su anbarları Su anbarları ================================================================================ admin on 12 March, 2010 Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar. Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb. Respublikanın əsas su anbarlarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl-də verilir. № Su anbarı Sahəsi, km2 Həcmi, km3 1 Mingəçevir 605 15,73 2 Şəmkir 116 2,68 3 Yenikənd 23,2 1,58 4 Varvara 22,5 0,06 5 Araz 145 1,254 6 Sərsəng 14,2 0,565 7 Ceyranbatan 13,9 0,186 8 Xanbulançay 24,6 0,052 9 Sirab 1,54 0,013 10 Ağstafaçay 6,30 0,12 11 Xaçınçay 1,76 0,023