"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Göllər Göllər ================================================================================ admin on 12 March, 2010 Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür. Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir: 1) buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); 2) subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.); 3) bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); 4) laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); 5) karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər); 6) sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər); 7) relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxan, Qanlıgöl və s.). Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib. Respublikanın əsas göllərinin morfometrik xarakteristikaları aşağıdakı cədvəldə verilir. № Göl Yerləşdiyi yer Sahəsi, km2 Həcmi, mln. m3 1 Sarısu Kür-Araz ovalığı 65,7 59,1 2 Ağzıbirçala Dəvəçi rayonu 13,8 10,0 3 Göygöl Kürəkçayın hövzəsi 0,79 24,0 4 Hacıqabul Kür-Araz ovalığı 8,4 12,1 5 Böyük-Şor Abşeron yarımadası 16,2 27,5 6 Ağgöl Kür-Araz ovalığı 56,2 44,7 7 Candargöl Gürcüstanın sərhədi 10,6 51,0 8 Böyük Alagöl Qarabağ vulkanik yaylası 5,1 24,3 9 Aşıq-Qara Həkəriçayın hövzəsi 1,76 10,2 10 Qaraçuq Naxçıvançayın hövzəsi 0,45 2,53