Göllər
Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür.
Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir:
1) buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
2) subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
3) bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
4) laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
5) karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);
6) sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər);
7) relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxan, Qanlıgöl və s.).
Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib.
Respublikanın əsas göllərinin morfometrik xarakteristikaları aşağıdakı cədvəldə verilir.
| № | Göl | Yerləşdiyi yer | Sahəsi, km2 | Həcmi, mln. m3 |
| 1 | Sarısu | Kür-Araz ovalığı | 65,7 | 59,1 |
| 2 | Ağzıbirçala | Dəvəçi rayonu | 13,8 | 10,0 |
| 3 | Göygöl | Kürəkçayın hövzəsi | 0,79 | 24,0 |
| 4 | Hacıqabul | Kür-Araz ovalığı | 8,4 | 12,1 |
| 5 | Böyük-Şor | Abşeron yarımadası | 16,2 | 27,5 |
| 6 | Ağgöl | Kür-Araz ovalığı | 56,2 | 44,7 |
| 7 | Candargöl | Gürcüstanın sərhədi | 10,6 | 51,0 |
| 8 | Böyük Alagöl | Qarabağ vulkanik yaylası | 5,1 | 24,3 |
| 9 | Aşıq-Qara | Həkəriçayın hövzəsi | 1,76 | 10,2 |
| 10 | Qaraçuq | Naxçıvançayın hövzəsi | 0,45 | 2,53 |
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







