Xronologiya - 2

Şrift ölçüsü: Decrease font Enlarge font
1900 - Bakı-Dərbənd dəmiryolu çəkilmişdir.
1900 - Bakıda sosial-demokrat mərkəzinin yaradılması
1900 - Don Səhmdar Torpaq Bankının Azərbaycanın ərazisində fəaliyyətə başladı.
1900, noyabr - Bakı ilə Petrovsk arasında dəmir yolunun istismarı başlandı
1900-cü ilin əvvəli - "Nobel qardaşları" şirkəti və Rotişildin "Mazut" cəmiyyəti kartel müqaviləsi bağladı ("Nobmazut")
1900-cü il 1 may - İmperator II Nikolay "Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlilərinin torpaq təminatının mühüm əsasları"nı təsdiq etdi
1901 - Bakıda ilk müsəlman qadın məktəbi "Tağıyevin qız məktəbi açıldı
1901-ci il - RSDFP-nin Bakı komitəsinin yaradılması
1901-ci il - Bakıda icraçı qrupunun təşəkkül tapması "Nina" mətbəəsinin fəaliyyətə başlaması
1902-ci il - Tiflisdə kənd sahibkarlarının qurultayı
1902-ci ilin yayı - Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmiryol stansiyaları arasındakı teleqraf xətti ilə birləşdirildi
1903-cü il - RSDFP Bakı təşkilatında bolşeviklərə və menşeviklərə parçalanma
1903 - Bakı bulvarının inşası. M. Nağıyevin Yeni Avropa mehmanxanasının tikilməsi
1903 - Tiflisdə Qafqazda Azərbaycan türkcəsində yeganə qəzet "Şərqi-Rus çıxmağa başladı
1903-cü ilin yayı - Bakıda eser təşkilatının yaradılması
1903-cü il - Təzəkənd-Biləsuvar arasında yeni teleqraf xətti çəkildi
1903-cü ilin payızı - Bakıda "spesifiklər" təşkilatının yaradılması
1904-cü il - "Qafqaz kənd təsərrüfatı cəmiyyəti" tərəfındən Ağdaş və İrəvan pambıqçılarının qurultayı keçirildi
1904-cü il oktyabr - Sosial-demokratik "Hümmət" təşkilatının fəaliyyətə başlanması
1904-cü il - İlk kredit idarəsi- "Qarşılıqlı kredit cəmiyyəti" açıldı
1904-cü il dekabr - Bakı fəhlələrinin ümumi tətili, məşhur Konstitusiyasının (27 dekabr) nizamlanması
1905-ci il fevral - Gəncədə "Sosial-federalistlərin türk inqilabi komitəsi"nin yaradılması
1905-ci il 6-9 fevral - Bakıda erməni-müsəlman toqquşmaları
1905-ci il 26 fevral - Qafqazda canişinlik üsul idarəsinin bərpası
1905-ci il iyun - "Həyat" qəzetinin çapa başlaması
1905, 27 sentyabr - Neft sənayeçilərinin Peterburq müşavirəsi
1905-ci ilin yayı - Gəncədə "Qeyrət" qrupunun yaradılması
1905-ci il, avqust - Nijni-Novqorada Ümumrusiya müsəlman ittifaqının (İttifaqi-müsliminin) I (təsis) qurulutayının keçirilməsi
1905-ci il, dekabr - Kadet partiyası Bakı şöbəsinin təşkili
1905-ci il, avqust-sentyabr - "Difai" partiyasının meydana çıxması
1906 - Bakıda "İttihad mədrəsəsinin açılması
1906-1907 - "Rəhbər jurnalı nəşr olunub
1906-1908 - "Dəbistan jurnalı nəşr olunub
1906-cı il, 28 oktyabr - Bakı qrado naçalnikliyinin yaradılması
1906-cı il, aprel - Tiflisdə "Molla Nəsrəddin" jurnalının çapa başlaması
1907-ci il - "Musa Nağıyevin neft sənayesi və ticarət cəmiyyəti" yarandı
1907 - Müsəlman ruhani cəmiyyəti "Səadətin fəaliyyətə başlaması
1908-ci il - Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmiryolu çəkilişinin başa çatdırılması
1909-cu il - S. Peterburq beynəlxalq kommersiya bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı
1910-cu il - Yelizavetpol quberniyası kənd məktəbləri müəllimlərinin qurultayı
1910-cu il - Volqa-Kama kommersiya bankı Tiflis şöbəsinin komissionerliyi açıldı
1911-ci il - Culfada İran hesab-borc bankının şöbəsi yaradıldı
1911-ci il - Bakı-Tiflis telefon xətti çəkilib başa çatdırıldı
1911, oktyabr - Bakı "Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyasının əsasının qoyulması
1911-Bakı ilk qadın qəzeti "İşıq nəşr olunub
1911-1917 - "Məktəb jurnalı nəşr olunub
1912-ci il - "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun IV Dövlət duması tərəfindən təsdiq edildi
1912-ci il, 16 avqust - Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı
1912-ci il, 20 dekabr - Çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən  canişin layihəsi təsdiq edilib qüvvəyə mindi
1913-cü il - Lənkəranda Rus-Asiya bankının şöbəsinə çevrilən komissionerliyi açıldı
1913-cü il - Astarada İran hesablama borc agentliyinin şöbəsi açıldı
1913-cü il - Londonda "Yeni Şibayev neft komissiyası" yaradıldı
1913-cü il - "Xəzər gəmiçiliyi" yaradıldı
1913-cü il - Bakı ilə Tiflis arasında birbaşa teleqraf əlaqəsi yaradıldı
1913-cü il, 7 iyul - Çarın sərəncamı ilə "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun qüvvəyə mindi
1914-1918 - M. Nağıyevin vəsaiti ilə xəstəxana tikilmişdi
1914- "M. Q. Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti" təşkil olundu
1914 - Gəncədə Müəllimlər Seminariyası açılmışdır
1914 - Bakı tacir bankı yaradıldı
1914-cü il, 25 iyun - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyəti açıldı
1914-1918-ci illər - I Cahan savaşı
1915, 15 iyun - Bakı HSK-nın yaradılması
1916 - Bakı Müəllimlər Seminariyasının fəaliyyətə başlaması
1916 - "Müsəlman dram cəmiyyəti yaradıldı
1917, 3 mart - Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili
1917, 3 mart - Cənubi Qafqazda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə-
OZAKOM -a verildi
1917, 15-20 aprel - Bakıda Qafqaz müsəlmanları qurultayı keçirilməsi
1917, 1-8 may - Zaqafqaziya Komissarlığının təşkili
1918, yanvar - Yelizavetpol qəzasında azərbaycanlıların soyqırımı
1918, 23 fevral - Zaqafqaziya seyminin açılması. Zaqafqaziya hökumətinin təşkili
1918, mart-aprel - Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı
1918, 27 may - Azərbaycan Milli Şurasının təşkili. Azərbaycanın Müstəqilliyi Aktının qəbulu
1918, 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
1918, 28 may - Azərbaycanın İstiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
1918, 4 iyun - Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
1918, 16 iyun - Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Hökumətinin Tiflisdən Gəncəyə köçürülməsi
1918, 26 iyun - Azərbaycan Milli Ordusunun yaradılması
1918, 26 iyun - Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi
1918, 31 iyul - Bakı Xalq Komissarları Şurasının süqutu
1918, 4 avqust- İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
1918, 9 noyabr - Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
1918, 20 noyabr - Azərbaycan Cümhuriyyəti Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
1918, 7 dekabr - Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
1918, 26 dekabr - Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin imzalanması
1919, 15 yanvar - Qarabağ general-qubernatorluğunun yaradılması
1919, 15 yanvar - Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
1919, 5 aprel - Hərbi Nazirliyin Bakıya köçürülməsi
1919, iyun - Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan Gürcüstan Hərbi Müdafiə Aktının imzalanması
1919, 11 avqust - Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
1919, 24 avqust - İngilislərin Bakını tərk etməsi
1919, 28 avqust - Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanunun qəbul edilməsi
1919, 23 noyabr - Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
1920, 11 yanvar - Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması
1920, 11-12 fevral - Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı.
1920, 24 aprel - RK (b)P Qafqaz Ölkə Komitəsi, AK(b)P MK və BK partiya təşkilatlarını hərbi vəziyyətdə élan edirlər.
1920, 20 mart - Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanıması
1920, 23 mart - Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
1920, 27-28 aprel - XI Qızıl Ordunun hissələri rəsmi elan etmədən Azərbaycanın şimal sərhədlərini  keçdilər, həmin gün axşam saat 11 -də Parlamentə ultimatum təqdim edildi, hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında qərar imzalandı, 28 apreldə XI Qızıl Ordunun zirehli qatarları Bakını işğal etdi.
1920, 28 aprel - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci heyəti təşkil edildi.
1920, 28 aprel - mayın əvvəlləri - Qəza inqilab komitələrinin təşkili.
1920, 28 aprel - "Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin Əxbarı" qəzetinin nəşrə başlaması.
1920, 30 aprel - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan K (b)P MK-nın orqanı "Kommunist" qəzetinin ilk sayının çap edilməsi.
1920, 30 aprel - XI Qızıl Ordu hissələrinin Şamaxı və Salyanı işğal etməsi.
1920, 3,4 may - XI Qızıl Ordu hissələrinin Lənkəranı və Astaranı işğal etməsi.
1920, 5 may - Azərbaycan İnqilab Komitəsinin xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verməsi.
1920, 7 may - Azərbaycan İnqilab Komitəsinin Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının  təşkili haqqında dekret verməsi.
1920, 11 may - XI Qızıl Ordu hissələrinin Zaqatalaya soxulması.
1920, 12 may - Azərbaycan İnqilab Komitəsinin xalq məhkəmələrinin təşkili haqqında dekreti.
1920, 12 may - Azərbaycan Daxili İşlər Komissarlığının Azərbaycanda hər cür zümrə, təbəqə və vətəndaş rütbələrinin, mənsəblərinin ləğvi haqqında dekreti.
1920, 12 may - XI Qızıl Ordu hissələrinin Şuşanı işğal etməsi.
1920, 16 may - N. Nərimanovun Moskvadan Bakıya gəlməsi.
1920, 24 may - Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekreti.
1920, 25-31 may - Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 27 may - Azərbaycan Fəhlə-Kəndli Müdafiə Şurasının təşkili.
1920, iyun - teatrların milliləşdirilməsi haqqında dekret. Azərbaycan Dövlət Teatrıının yaradılması
1920, 5-15 iyun - Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 6 iyun - Azərbaycan İnqilab Komitəsinin Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekreti.
1920, 9-20 iyun - Zaqatalada sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 11 iyun - Azərbaycan İnqilab Komitəsinin bankların milliləşdirilməsi haqqında dekreti.
1920, 19 iyun - Fətəli Xan Xoyskinin muzdlu erməni qatilinin əli ilə Tiflisdə qətlə yetirilməsi.
1920, 16-19 iyul - Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayı.
1920, 28 iyul - XI Qızıl Ordunun birinci Qafqaz polku Naxçıvana daxil oldu və sovet hakimiyyəti élan edildi.
1920, 1-7 sentyabr - Bakıda Şərq xalqlarının birinci qurultayı.
1920, 20 sentyabr - Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin 7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması. M. Xiyabaninin qətli.
1920, 23 sentyabr - Azərbaycan İnqilab Komitəsinin kənd yoxsul komitələrinin təşkili haqqında dekreti.
1920, 30 sentyabr - Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilə bağlanması.
1920, 1-10 noyabr 1920-ci ilin yayında - XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş M. Ə. Rəsulzadənin İ. V. Stalinin göstərişi ilə həbsdən azad edilməsi və İ.V.Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması.
1920, 15 dekabr - Azərbaycan İnqilab Komitəsinin "Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında" dekreti.
1920, 25 dekabr - Bakıda rus "Tənqid-təbliğ" teatrının fəaliyyətə başlaması
1921, yanvar - Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması.
1921, yanvar - Azərbaycan Dövlət Arxivinin fəaliyyətə başlaması.
1921, 11-18 fevral - Azərbaycan Kommunist (b) Partiyasının III qurultayı.
1921, 16 mart - RSFSR və Türkiyə Respublikası arasında dostluq müqaviləsinin imzalanması.
1921, 19 may - I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi.
1921, iyul - Azərbaycan SSR XKS-nin Bakıda birinci kişi pedaqoji institutunun yaradılması haqqında dekreti.
1921, 26 avqust - Azərbaycan SSR XKS-nin Konservatoriyanın təşkili haqqında dekreti.
1921, sentyabr - Azərb. K(b)P MK və Azərb. SSR XKS-nin Azneftkomun müstəqil Azərneft trestinə çevrilməsi haqqında qərar qəbul etməsi.
1921, 13 oktyabr - Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları ilə Türkiyə arasında müqavilə imzalanması.
1921, noyabr - Bakıda Ali qadın pedaqoji institutunun açılması.
1922, 17 yanvar - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi.
1922, 25 yanvar - Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması.
1922, 27 yanvar - Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayı.
1922, 12 mart - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının (ZSSRFİ) təşkili.
1922, 10 aprel 19 may - Genuya (İtaliya) konfransı.
1922, 28 aprel - 3 may - II Ümumazərbaycan Sovetlər qurultayı.
1922, 20 oktyabr - Azərbaycan SSR MİK-nın latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik olması haqqında dekreti.
1922, 2 noyabr - C. Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən "Molla Nəsrəddin" satiric jurnalının Bakıda buraxılan ilk sayı çapdan çıxmışdır.
1922, 7 noyabr - Bakıda böyük satirik M. Ə. Sabirin abidəsinin təntənəli açılışı.
1922, 13 dekabr - I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil  edilməsi.
1922, 30 dekabr – SSRİ I Sovetlər qurultayı. Sovet Sosialist Respublikaları İttifaqının təşkili.
1923, 12-15 mart - AK (b)P V qurultayı.
1924, 18 mart - Azərbaycan XKS və MİK-nın "Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında" qərarı.
1923, aprel - "İliç buxtası" neft mədəninin əsasının qoyulması.
1923, 23 may - Azərbaycan Mərkəzi Dövlət kitabxanasının təntənəli açılışı.
1923, iyun - Azərbaycan Arxeologiya Komitəsi təşkil olundu.
1923, 7 iyul - Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili.
1923, 20 oktyabr - Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi.
1923, 2 noyabr - Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasının qoyulması.
1923, noyabr - "Şərq qadını" (indiki Azərbaycan qadını") adlı ədəbi, ictimai, siyasi jurnalın nəşrə başlaması.
1924, 3 fevral - Bakıda tramvay nəqliyyatının işə salınması.
1924, 9 fevral - Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Nax. MSSR) təşkil edilməsi.
1924 mart - Xalq Maarif Komissarlığı "Qədim abidələrin qeydə alınması və onların mühafizəsi" haqqında qərar qəbul etdi.
1924, 5-9 may - AK (b)P VI qurultayı.
1924, 17 iyul - "Rədd olsun savadsızlıq" cəmiyyəti şöbəsinin Azərbaycanda təşkili.
1924, 6 oktyabr - Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqının - "Göybirliyi"nin təşkili.
1925, 10-16 mart - IV Azərbaycan Sovetlər qurultayı.
1925,19 mart - N. Nərimanovun Moskvada vəfatı.
1926, 3 fevral - Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya yaradılması.
1926, 25 fevral 5 mart - Bakıda I Ümumittifaq türkoloji qurultayı.
1926, 6 iyul - Bakını Balaxanı - Sabunçu rayonu ilə birləşdirən, SSRİ - də birinci elektrik dəmir yolunun təntənəli açılışı.
1926, iyul - Tiflisdə Azərbaycan dilində "Dan ulduzu" adlı aylıq ədəbi-ictimai jurnalının 1-ci sayı çapdan çıxmışdı.
1926, 6 noyabr - Efırdə ilk dəfə "Danışır Bakı" sözlərinin səslənməsi - Azərbaycanda müntəzəm radio verlişlərinə başlanması.
1927, 18 mart - V Ümumazərbaycan Sovetlər qurultayı.
1927, may - Yeni türk əlifbasının Ümumittifaq mərkəzi komitəsi təsis edilmişdi.
1927, 12-18 noyabr - AK (b)P VIII qurultayı.
1928, 13-16 yanvar - Azərbaycan proletar yazıçılarının I qurultayı. Azərbaycan proletar yazıçıları Assosasiyasının yaranması.
1928, 22 iyul - Azərbaycan SSR MİK və Azərbaycan SSR XKS-nin məcburi qaydada yeni - latın qrafıkalı əlifbaya keçilməsi haqqında qərarı.
1928, dekabr - Bakıda Azərbaycan aşıqlarının I qurultayı.
1929, 1 yanvar - Azərbaycanda latın əlifbasına keçilməsi.
1929, 6-14 mart - AK (b)P IX qurultayı.
1929, may - Azərbaycan Politexnik institutu kənd təsərrüfatı fakultəsinin Azərbaycan kənd təsərrüfatı İnstitutuna (AKTİ) çevrilməsi.
1929, 22 oktyabr - Azərbaycan MİK yanında Azərbaycan Elmi - Tədqiqat İnstitutunun (Az. DETİ)  açılması.
1930, fevral - Uzunluğu 822 km olan Bakı Batum neft kəməri istifadəyə verildi.
1930, 10 mart - Bakı Sənaye Akademiyası fəaliyyətə başlayır.
1930, mart - Bərdə və Qasım İsmayılov rayonlarında respublikada birinci MTS-in təşkili.
1930, 31 may - 4 iyun - AK(b) P X qurultayı.
1930, iyun - Azərbaycan Tibb İnstitutunun yaradılması.
1930, 28 avqust - AK (b) P MK bürosunun "Azərb. SSR-də ümumi icbari təhsilə keçilməsi haqqında" qərarı.
1931, 19-25 yanvar - AK (b) P XI qurultayı.
1931, 8-16 fevral VII - Ümumazərbaycan Sovetlər qurultayı.
1931, 31 mart - Azərbaycan neft sənayesinin birinci beşillik planını iki il yarıma yerinə yetirməsi münasibətilə Azərneftin 54 nəfər işçisinin Lenin ordeni ilə təltif edilməsi.
1932, 4 yanvar - C. Məmmədquluzadənin vəfatı.
1932, 19-25 yanvar - AK (b) P XI qurultayı.
1932, sentyabr - SSRİ Elmlər akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (EA ZFAB) yaradılması.
1933, 10 dekabr - Bağırov Mir Cəfər Abbas oğlu AK (b) P MK - nin birinci katibi seçilir.
1934, 11-14 yanvar - AK (b) P XII qurultayı.
1934, 13-17 iyun - Azərbaycan sovet yazıçılarının I qurultayı.
1934, noyabr - Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi.
1935, 11-17 yanvar - VIII Ümumazərbaycan Sovetlər qurultayı.
1935, oktyabr - SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (Az.OZFAN) SSRİ EA Azərbaycan Filialına (Az.FAN) çevrilməsi.
1936, mart - Azərbaycan memarlarının I qurultayı.
1936, sentyabrın axırları - Nuxa (Şəki) Dövlət Dram Teatrının açılışı.
1937, 14 mart - Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulu.
1937, 30 aprel - M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ilk tamaşası.
1937, 3-9 iyun - AK (b) P XIII qurultayı.
1937, 17 sentyabr - Naxçıvan MSSR-in yeni Konstitusiyasının qəbulu.
1938, 11-14 mart - Azərbaycan aşıqlarının II qurultayı.
1938, 5-14 aprel - Moskvada Azərbaycan incəsənətinin birinci dekadası.
1938, 7-14 iyun - AK (b) P XIV qurultayı.
1939, 25 fevral - AK (b) P XV qurultayı.
1939 2 sentyabr - İkinci Dünya müharibəsinin başlanması.
1940, 1 yanvar - Azərbaycan yazısının rus qrafikası əsasında yeni əlifbaya keçilməsi.
1940, 12-16 mart - K (b) P XVI qurultayı.
1940, 6 may - Samur-Dəvəçi kanalının 1 növbəsinin açılışı.
1940, 15-28 may - Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü.
1940, 23-25 oktyabr - Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı.
1941, 22 iyun - Faşist Almaniyasının SSR-yə hücumu.
1941, 28 iyun - Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması.
1941, avqust - 402-ci Azərbaycan milli diviziyanın yaradılması.
1941 avqust - SSRİ və Böyük Britaniya qoşunlarının İrana (Cənubi Azərbaycana) müdaxiləsi.
1941, oktyabr - 223-cü Azərbaycan milli diviziyanın yaradılması.
1941, dekabr - İsrafıl Məmmədovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi.
1941-1945 - Cənubi Azərbaycanda milli demokratik hərəkatının birinci mərhələsi.
1942, fevral-mart - 416-cı Azərbaycan milli diviziyanın yaradılması.
1942, may - 77 Azərbaycan milli diviziyanın yenidən komplektləşdirilməsi.
1942, avqust-sentyabr - 271-ci Azərbaycan milli diviziyanın yaradılması.
1942, 9 sentyabr - Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi.
1942, 22 dekabr - Həzi Aslanova birinci dəfə Sovet ittifaqı Qəhrəmanı fəxri adının verilməsi.
1943-cü ilin payızı - Berlində mühacir Azərbaycan Parlamenti və hökumətinin seçilməsi.
1944 iyun - H. Aslanovun ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı almaq üçün təqdim edilməsi.
1945, 23 yanvar - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması.
1945, 9 May - Faşist Almaniyası üzərində qələbə.
1945, 2 sentyabr - Yaponiya üzərində qələbə.
1945-1954 - Mingəçevir SES-nin tikilib istifadəyə verilməsi.
1946 iyun - Təbriz Universitetinin açılması.
1946 dekabr - Cənubi Azərbaycanda milli-demokratik hərəkatın süqutu.
1947 23 dekabr - 10 mart - SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarları.
1948 - Xəzər dənizində dünyada ilk olaraq neft-mədən estakadasının qurulması.
1948, iyun - Bakıda Xarici Dillər İnstitutunun yaradılması
1948, 11 noyabr - Mingəcevir şəhərinin salınması
1949 - Azərbaycan SSR-də icbari yeddilik təhsilə keçilməsi.
1955 - M. Rəsulzadənin Ankarada vəfatı.
1959 - Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilir.
1962 - Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1966 - İcbari on illik təhsilə keçilməsi.
1967 - Bakı metropoliteninin 6 stansiyasının işə salınması.
1969, iyul - H. Ə. Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi. Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi.
1978, aprel - Azərbaycan SSR yeni Konstitusiyasının qəbul edilməsi.
1982 - H. Ə. Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Sovetinin Birinci müavini təyin edilməsi.
1983 - Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi.
1987 - H. Ə. Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsi.
1988, 17 noyabr - Azərbaycanda milli-azadlıq hərəkatının başlanması.
1988, dekabr - Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR-dən) azərbaycanlıların kütləvi deportasiyasının başa çatdırılması.
1989, 30 dekabr - Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.
1990, 20 yanvar - Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi.
1990, 19 may - Respublikada "Prezident" institutunun təsisi
1991, 5 fevral - Azərb. SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması.
1991, 3 sentyabr - H. Ə. Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi.
1991, sentyabr - Qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaranması.
1991, 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi.
1991, 26 noyabr - DQMV statusunun ləğv edilməsi.
1991, 26 noyabr - Milli Şuranın yaradılması.
1992 ,25-26 fevral - Xocalı faciəsi.
1992, 17-18 may - Laçının düşmən əlinə keçməsi.
1992, 7 iyun - AXC-nin sədri Əbülfəz Əliyevin (Elçibəyin) Respublika Prezidenti seçilməsi.
1992, oktyabr - Azadlığı müdafiə aktına 907 saylı əlavənin qəbul edilməsi
1992, 21 noyabr - Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) yaranması
1993, 3-6 aprel - Kəlbəcərin işğalı
1993, 4 iyun - Gəncə qiyamı
1993, 9 iyun - H. Əliyevin Bakıya gəlməsi
1993, 15 iyun - H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi "Qurtuluş" ğunu
1993, 23 iyul - Ağdamın işğalı
1993, 18 avqust - Cəbrayılın işğalı
1993, 21-23 avqust - Cənub bölgəsində qiyamın yatırılması
1993, 23 avqust - Fizulinin işğalı
1993, 31 avqust - Qubadlının işğalı
1993, 24 sentyabr - Azərbaycanın MDB-yə daxil olması
1993, 3 oktyabr - H. Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
1993, 30 oktyabr - Zəngilanın işğalı
1993, 2 noyabr - Prezident H. Əliyevin xalqa müraciəti
1994, 20 sentyabr - "Əsrin müqaviləsi"nin imzalanması
1994, oktyabr - Dövlət çevrilişinə cəhd
1995, mart - Dövlət çevrilişinə cəhd
1995, 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının Ümumxalq referendumu yolu ilə qəbul edilməsi və ilk demokratik parlament seçkilərinin keçirilməsi
1996, dekabr - ATƏT-in Lissabon zirvə toplantısı
1998, sentyabr - Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı
1998, 11 oktyabr - H. Əliyevin ikinci dəfə Respublika Prezidenti seçilməsi
1999, noyabr - ATƏT-in İstanbul sammiti
1999, 12 dekabr - Azərbaycanda ilk bələdiyyə seçkiləri
2000, 7 sentyabr - H. Əliyevin minilliyin sammitində çıxışı
2000, 5 noyabr - Respublikada Milli Məclisə növbəti seçkilər
2000, 9 noyabr - Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edildi
2001, 25 yanvar - Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsi
2001, mart - "Azərbaycan Atatürk Mərkəzinin yaradılması
2001, 26-27 aprel - İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
2001, 9-10 noyabr - Bakıda Dünya Azərbaycanlılarının I qurultayı
2002, 28 yanvar - ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması
2002, 2 may - Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılışı
2002, 22-23 may - Vatikan dövlətinin başçısı, Roma papası II İohanın Azərbaycan Respublikasına səfəri
2002, 9 iyun - Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı
2002, 7 avqust - Azərbaycan MEA Naxçıvan şöbəsinin yaradılması
2002, 18 sentyabr - Səngəçalda Bakı-Ceyhan əsas ixrac neft-boru kəmərinin təməlinin qoyulması
2002, 30 sentyabr - "Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilməsi
2002, 18 noyabr - Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasına assosiativ üzvlüyə qəbul edilməsi
2003, 27 yanvar - İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və büro üzvü seçilməsi
2003, 15 oktyabr - Azərbaycan Respublikası Prezidentliyinə alternativ əsasda keçirilən seçkilərdə İlham Əliyevin qələbəsi
2003, 24 noyabr - Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı
2003, 12 dekabr - Azərbaycan Respublikasının sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında vəfatı
2004, yanvar - Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri
2004, fevral - Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri
2004, 11 fevral - Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı
2004, mart - Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri
2004, mart - Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
2004, 24 iyun - Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Yunanıstan prezidenti Konstantinos Stefanopulosun ölkəmizə rəsmi səfəri
2004, 25 iyun - Prezident İlham Əliyevin H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunlarla görüşü
2004, sentyabr - Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri
2004, oktyabr - Prezident İlham Əliyevin II Ümumrusiya azərbaycanlılarının II Konqresində iştirakı
2004, noyabr - Təbrizdə Azərbaycan konsulluğunun açılması
2004, dekabr - Azərbaycanda bələdiyyə seçkiləri
2005, 24-26 yanvar - Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az