"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Xronologiya - 1 Xronologiya - 1 ================================================================================ admin on 27 December, 2009 1 milyon 500 min - 1 milyon 200 min il əvvəl - Azərbaycanda ilk insanın izləri. Quruçay mədəniyyəti 1 milyon 200 min - 1 milyon il əvvəl - Azıx mağarasında insan həyatının başlanması 400-350 min il əvvəl - Azıx mağarasındakı azıxantropun çənə fraqmenti 100-35 min il əvvəl - Orta paleolit 40-35 min il qabaq - Yuxarı paleolitin başlanması. Müasir insanın meydana gəlməsi E.ə. XIII-V minilliklər - Mezolit və neolit. İstehsaledici təsərrüfatın təşəkkülünün başlanması E.ə. IV-VI minilliklər - Eneolit. Şomutəpə mədəniyyəti. E.ə. IV-III minilliyin sonu - İlkin tunc dövrü. Kür-Araz mədəniyyəti. E.ə. III minilliyin son sülsü - Azərbaycan ərazisində ilk tayfa ittifaqları. Kutilər, lullubilər və hurrilər haqqında Şumer-Akkad mənbələrinin məlumatı E.ə. III minilliyin sonu- II minilliyin birinci yarısı - Orta tunc dövrü E.ə. II minillik - Naxçıvan mədəniyyəti E.ə. II minilliyin birinci yarısı - Ön Asiyaya gələn ari tayfaları Urmiyasahili rayonunda hurilərlə təmasda olmuşlar E.ə. II minilliyin ikinci yarısı - I minilliyin başlanğıcı - Son tunc və ilkin dəmir dövrü. E.ə. II minilliyin sonu - Azərbaycanda ibtidai icma quruluşunun dağılması. E.ə. II minilliyin sonu - I minilliyin başlanğıcı -Azərbaycan ərazisinə irandilli tayfaların soxulması E.ə. IX əsrin ikinci yarısı - Urmiyasahili rayonda Manna çarlığı təşəkkül tapır. E.ə. VIII əsr - Manna dövlətinin güclənməsi və genişlənməsi. Aşşurlular və urartulular ilə mübarizə. E.ə. 714-cü il - II Sarqonun Urartuya qarşı yürüşü. E.ə. VIII-VII əsrin sonu - kimmerlərin, iskitlərin və sakların Qafqaza və Ön Asiyaya soxulması E.ə. VII əsrin 70-ci illəri - Azərbaycan ərazisinin bir hissəsində kimmer-iskit-sak çarlığının meydana gəlməsi E.ə. VII əsrin 70-ci illəri - Mada çarlığının meydana gəlməsi E.ə. 660-cı ilə yaxın - Mannada çar Ahşeriyə qarşı üsyanlar E.ə. 625-585-ci illər - Kiaksarın hökmranlığı E.ə. 615-ci il - Madalıların Aşşur ilə müharibəsinin başlanması E.ə. 612-ci il - Neynəvanın madalılar və babillər tərəfindən işğal edilməsi E.ə. 612-605-ci illər - Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında bölünməsi E.ə. VII əsrin sonu - VI əsrin başlanğıcı - Mannanın, Skif çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi E.ə. 550-ci il - Mada dövlətinin süqutu. Farsların Haxamanişilər dövlətinin meydana gəlməsi E.ə. 522-ci il - Qaumatanın çevrilişi. E.ə. əvvəl 521-ci il - Fravartişin başçılığı ilə madalıların üsyanı E.ə. IV əsr - eramızın III əsri - Yaloylutəpə mədəniyyəti E.ə. 334-330-cu illər - Makedoniyalı Aleksandrın istilaları və Haxamanişilər dövlətinin süqutu E.ə. 331-ci il - Qavqamela yaxınlığındakı döyüşdə madalıların, kadusilərin, sakesinlərin və albanların iştirak etməsi E.ə. IV əsrin son sülsü - Atropatena dövlətinin meydana gəlməsi E.ə. III əsr - Albaniya dövlətinin meydana gəlməsi E.ə. 285-280-ci illər - Kaspi dənizini öyrənmək üçün Heraklidin və Patroklun ekspedisiyaları. E.ə. III əsrin son sülsü - Atropatenanın güclənməsi. Çar Artabazan. E.ə. III əsrin 20-ci illərinin sonu - Artabazan Selevki çarı III Antioxun ali hakimiyyətini tanıyır. E.ə. III əsr - Albaniyada sikkə kəsilməsi. E.ə. II əsrin 60-cı ili - Atropatena yenidən müstəqil siyasət yeridir. E.ə. I əsr - Atropatenada parfiyalıların və Avesta zərdüştiliyinin mövqelərinin möhkəmlənməsi. E.ə. I əsr - Roma müdaxiləsinə qarşı albanların mübarizəsi. E.ə. 60-cı illər - Yazılı mənbələrdə alban basilevisi Oroysun və onun qardaşı Kosisin xatırladılması. E.ə. I əsrin ikinci yarısı - Atropatenada Artabazdın hökmranlığı. E.ə. 36-cı il - Romalıların Atropatenaya soxulması. Fraaspanın qəhrəmancasına müdafiəsi. Atropatena çarı Artabazd və parfiyalılar tərəfindən Antoninin qoşunlarının darmadağın edilməsi. E.ə. 35-ci il - Albanların parfiyalılarla çarpışması. Basilevs Zober. E.ə. I əsrin son sülsü - Atropatena çarlarının parfiyapərəst siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq. E.ə. I əsrin sonu - Atropatena hökmdarları Ariobarzan və Ariovasd. Eramızın I əsrinin başlanğıcı - Arşakilər Atropatenada hakimiyyəti ələ keçirirlər. Eramızın I əsrinin ikinci yarısı - Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması 70-ci illər - Alanların Azərbaycana və qonşu ölkələrə soxulması 80-90-cı illər - Romalıların Albaniyaya yürüşü 226-cı il - İranda Sasanilər sülaləsinin hakimiyyət başına gəlməsi III əsrin II yarısı - Azərbaycan ərazisində Sasani işğalı dairəsi 313-371 - Alban hökmdarı Urnayr 313 - Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi V əsrin əvvəlləri- Yeni alban əlifbasının yaradılması 422 - Alban keçidinin birgə müdafiəsi üçün İran-Bizans sazişi 428 - Sasanilərin Ermənistanda dövlətçiliyi ləğv etmələri V əsrin ortaları - Perozabad-Bərdə şəhəri Albaniyanın yeni paytaxtıdır 450-451 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı hərəkatı 451, 2 iyun - Avarayn döyüşü 457-463 - Alban xalqının Sasanilərə qarşı üsyanı 463-487 - II Vaçenin taxt-tacdan imtinası; alban arşakilər sülaləsinə ara verilməsi. I mərzbanlıq 481-484 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı yeni çıxışları 485 - Nvarsak sülh müqaviləsi 487 - Alban Arşakilər sülaləsi hakimiyyətinin bərpası 487-510 - III Mömin Vaçaqan 488 - Aquen (Aluen) məclisinin çağırılması V əsrin sonu VI əsrin I yarısı - Məzdəkilər hərəkatı 510 - Alban Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-628 - Albaniyada II mərzbanlıq dövrü VI əsrin I yarısı, ortaları - Türk tayfalarının (savirlərin, avarların, bulqarların, xəzərlərin) Cənubi Qafqaz ərazisinə yeni yürüşləri 531-579 - I Xosrov Ənuşirəvan 586 - Bizans ordusunun Albaniyaya hücumu 591 - İran-Bizans müqaviləsi 603 - Mihranilərin Albaniyada qərarlaşması; Alban katalikosu Vironun fəaliyyətə başlaması 603-628 - İran-Bizans müharibəsi 612-613 - İran dini məclisinin çağırılması 626 - Xəzərlərin Albaniyaya geniş hücumunun başlanması 627 - Mihrani Varaz Qriqorun Ktesifonda "Girdiman hakimi və Albaniyanın işxanı" titulunu alması 629-630 - Xəzərlərin Albaniyanı tutması 637 - Ərəblərin Ktesifonu işğal etməsi 639-640 - Ərəblərin Azərbaycana ilk uğursuz basqınları 640-642 - İran qoşunlarının Albaniyaya hücumları 640 - Cavanşirin İberiya hökmdarı Atrnersehlə "sarsılmaz ittifaq" bağlaması 642 - Nihavənd döyüşü 643 - Ərəblərin Azərbaycana hücumu. Ərdəbil döyüşü 643 - Ərəb-Azərbaycan sülh sazişi 643 - Utba ibn Farkadın xəlifənin Azərbaycandakı "amili" vəzifəsinə təyin edilməsi 643 - Ərəblərin Dərbəndi-Bab əl-Əbvabı tutması. Sülh sazişi 644 - Ərəblərin Muğanı tutması. Sülh sazişi 644 - Tiflisin ərəblər tərəfindən işğalı 644-645 - Azərbaycan əhalisinin ərəblərə qarşı çıxışları 644-645 - Ərəblərin Azərbaycana yeni-ikinci yürüşü. Yeni sülh sazişi 644-645 - Həbib ibn Məsləmənin və Salman ibn Pəbiənin Albaniyaya yürüşləri və onun işğalı 652-653 - Salman ibn Rəbiənin Dərbəndə uğursuz hücumu; onun öldürülməsi. Azərbaycanın çox hissəsinin yenidən ərəb itaətindən çıxması 654-655 - Həbib ibn Məsləmənin Qafqaza yeni hücumu. Azərbaycanın şimal hissəsinin də Xilafətdən asılı vəziyyətə düşməsi 654 - Ərəb canişinini iqamətgahının Dvindən Bərdəyə köçürülməsi; Cavanşirin Bizans imperatoru II Konstantla danışıqları 664 - Cavanşirin xəzərlərlə sazişi və xaqanın qızı ilə evlənməsi 667-670 - Cavanşirin xəlifə Müaviyə ilə görüşləri və danışıqları 680 - Cavanşirin qətli VII əsr - 15 aşırımın Xudafərin körpüsünün tikilməsi VII əsrin II yarısı - Alban şairi Davdək 680 - Xəzərlərin Azərbaycana yeni hücumlarının başlanması 680-669 - Alban hökmdarı I Varaz Tiridat 681 - Alban katolikosu Yeliazarın, yepiskop İsrailin xəzərlərlə danışıqları 688-690 - Cənubi Qafqaz ərazisinə ərəblərin və bizansların basqınları. Albanların üçqat tabeçiliyinə düşmələri 691-92, 725-26 - Azərbaycan əhalisinin siyahıya alınması 699-704 - I Varaz Tiridatın Konstantinopolda əsir saxlanılması VII-VIII əsrin hüdudları – Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranması VII əsrin II yarısı-VIII əsrin I yarısı - Azərbaycanın ərəbdilli şairləri Musa Şəhəvat və İsmayıl ibn Yasar VII əsrin II yarısı-VIII əsrin I əvvəlləri - Moisey Kalankatlı və onun "Alban tarixi" əsəri 704 - Partav (Bərdə) dini məclisi; alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi 705 - Albaniyanın dövlət müstəqilliyini itirməsi; onun ərəb vilayəti Arrana çevrilməsi VIII əsr - Sufizmin yayılmağa başlaması 707-708 – Azərbaycan ərazisində ərəb-xəzər müharibələri 721-722 – Xəzər, qıpçaq və başqa türk tayfalarının Azərbaycana hücumları VIII əsrin 30-cu illəri - Mərvan ibn Məhəmmədin xəzərlərə qarşı uğurlu yürüşləri VIII əsrin ortaları - Azərbaycanın ərəbdilli şairi Əbul Abbas əl-Əma 748-752 - Azərbaycanda Xilafətə qarşı çıxışlar; Müsafir ibn Küseyrin üsyanı 750 - Abbasilər sülaləsinin Xilafətdə hakimiyyət başına gəlməsi 755 - Atəşpərəst Sunbadın üsyanı VIII əsrin ortaları - Azərbaycana cənub ərəb tayfaları axınının güclənməsi; burada məskunlaşan şimal və cənub ərəb tayfaları arasında ədavətin artması 775-785 - Xəlifə əl-Mehdinin hakimiyyəti; onun yeni dini təlimatı 778-779 - Xürrəmilərın ilk çıxışı 793-794 - Beyləqanda Əbu Müslim üsyanı 796/97-797/98 - Xürrəmilərin Azərbaycanda yeni çıxışları 798-799 - "Şirvan məliki" Şammax ibn Şuca VIII əsrin sonu - Ərəb-Xəzər müharibələrinin başa çatması VIII əsrin sonu - IX əsrin əvvəlləri - "Ərminiyə" inzibati adının faktiki ləğvi VIII əsrin sonu - IX əsrin əvvəlləri – Yəzid ibn Məzyəd ət-Şeybaninin Azərbaycanda hakimliyi 808-809 - Xürrəmilərin Azərbaycanda, İsfahanda, Reydə, Həmədanda və s. çıxışları 816 - Cavidan və Əbu İmranın bir-birlərini öldürmələri; Babək-xürrəmilərin başçısıdır. 821 - II Varaz Tiridatın öldürülməsi IX əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəli - Arranda bidətçi beyləqanlıların (pavlikianların) hərəkatı 830-833 - Xürrəmilərin hərəkatının genişlənməsi, Həmədanın tutulması 835 - Alban hakimi Səhl ibn Smbatın Arranı ələ keçirməsi 836 - Həştadsər vuruşması 836-cı ilin qışı - Babəkin sərkərdəsi Tarxanın öldürülməsi 837 avqust - Bəzz qalasının tutulması və dağıdılması; Babəkin qaçması 837, 15 sentyabr - Babəkin tutularaq Bərzəndə gətirilməsi 838, yanvar-mart - Babəkin edam edilməsi 839-840 - Təbəristanda Məzyədin başçılığı ilə üsyan 839-40 - Azərbaycanda Minkiçəvr əl-Fərqaninin mərkəzi hakimiyyətə qarşı çıxışı 842-847 - İsfahanda xürrəmilərin yeni çıxışları IX əsrin 40-cı illəri - Cənubi Qafqazda Xilafətə qarşı çıxışlar 853 - Buğa əl-Kəbirin çıxışları yatırması; yerli hakimlərin Samirə şəhərinə əsir aparılması IX əsrin II yarısı-X əsrin əvvəlləri - Xilafətin zəifləməsi; Azərbaycanda separatizmin güclənməsi 861 - Məzyədilərdən olan Heysəm ibn Xalidin Şirvanda, Yəzid ibn Xalidin Layzanda hakimiyyəti ələ almaları 869 - Haşim əs-Suləminin müstəqil Dərbənd şəhər-dövlətinin (əmirliyinin) əsasını qoyması 886 (887) - Qriqor Hammamın Alban dövlətin bərpa etməsi IX əsrin 80-ci illərinin əvvəlləri - Bakı neft mədəniyyətindən və duz yataqlarından əldə edilən gəlirin dərbəndlilərə verilməsi haqqında Xəlifə fərmanları IX əsrin 80-cı illərin axırı - Sünik və Arsax-Xaçın knyazlığının yaranması IX əsrin II yarısı - X əsrin I yarısı - Azərbaycanda elmi və fəlsəfi fikrin inkişafı (əl-Bərdici, əl-Bərdəi, Məhəmməd əl Bakuvi və b.) 898-941 - Sacilər dövləti 901-927 - Yusif ibn Əbu Sacın Xəlifənin Azərbaycandakı canişini təyin edilməsi 913-914 - Rusların Abşeron sahilinə və Bakıya hücumları 914 - Yusifin erməni hökmdarı I Smbatı məğlub etməsi 917 - Layzanşah Əbu Tahir Yəzidin Şirvanı tutması və "şirvan-şah" titulunu qəbul etməsi 917 - Şamaxının Əbu Tahir Yəzidin şərəfinə Yəzidiyyə adlandırılması 930 - Şirvan-Dərbənd sülh müqaviləsi 943 - Rusların Bərdəni işğalı və dağıtması 960 - Sənəkərimin Şəkidə hakimiyyəti möhkəmlətməsi və "alban hökmdarı" adını qəbul etməsi 971-1075 - Şəddadilər dövləti (Gəncə əmirliyi) 983 - Şabranın qala divarlarının tikilməsi 983-1060; 1107-1117 - Rəvvadilər dövləti 993-1066 - Bəhmənyar 1012-1088 - Qətran Təbrizi 1018-1021, 1029 - Oğuzların Azərbaycana yürüşləri 1027 - Araz çayı üzərində on bir aşırımlı Xudafərin körpüsünün tikilməsi 1030 - Rusların gəmilərlə Azərbaycana yeni hücumu 1030-1109 - Xətib Təbrizi 1038-Orta Asiyada Oğuz dövlətinin təşəkkülü 1040 - Dəndənəkan döyüşü XI əsrin 40-cı illəri - Səlcuq yürüşlərinin başlanması 1045 - Yəzidiyyənin və Gəncənin qala divarlarının möhkəmləndirilməsi 1054 - Sultan Toğrulun Təbrizə hücumu 1066 - Şirvanda iğtişaşlar XI əsrin 60-70-ci illəri - Alp Arslanın, Məlik şahın Azərbaycana hücumları 1078/79 - Bakıda "Sınıq qala" məscidinin inşası 1089, 1182/83 - Məhsəti xanım Gəncəvi XI əsrin sonu - Dərbənd şəhər-dövlətinin Şirvanşahlar dövlətinə qatılması XI-XII əsrlər - Gəncəçay üzərində üç çoxaşırımlı körpünün inşası XI-XIII əsrin əvvəlləri - Azərbaycan poeziya məktəbinin çiçəklənmə dövrü 1100 - Beyləqanda üsyan 1111 - Şirvanşah III Mənuçehrin gürcü şahzadəsi Tamarayla evlənməsi 1117-1157 - Böyük Səlcuq sultanı Səncər 1118 - Mərkəzi Həmədanda olan İraq Səlcuq sultanlığının yaradılması; sultan Mahmudun fəaliyyətə başlaması 1120/21 - Gürcü hökmdarı IV Davidin Arrana hücumu 1122 - Gəncədə zəlzələ 1123/24 - Gürcülərin Şirvana hücumları 1130-1213 - Mxitar Qoş 1133-1152 - Məsudun İran sultanı elan edilməsi 1135 - Xəlifə-sultan qarşıdurmasının müharibəyə çevrilməsi; xəlifə qoşununun məğlubiyyəti 1136 - Sultan Məsudun atabəy Şəmsəddin Eldənizə Arranı iqta verməsi; Atabəyin Bərdəyə gəlişi 1139 - Gəncədə zəlzələ; gürcülərin basqını və şəhər qapılarını da qənimət kimi aparmaları 1141-1209 - Nizami Gəncəvi 1142 - Əmir Qutluğun Gəncədə sultana qarşı çıxışı 1145-1234 - Şihabəddin Sührəvərdi 1147 - Xas bəyin Sultan Məsud tərəfindən Azərbaycan və Arrana hakim təyin edilməsi 1148 - Marağada "Qırmızı günbəz" türbəsinin inşası 1148 - İraq sultanlığı əmirlərinin Şəmsəddin Eldənizlə birlikdə sultan Məsuda qarşı çıxışları və hücumları XII əsrin ortaları - Mxitar Qoşun "Nor-Getik"-Qoşavəng monastırının və oradakı məktəbin yaranması 1153 - Sultan Məhəmmədin hakimiyyətə gəlməsi 1160 - Arslan şahın İraq sultanı olması Şəmsəddin Eldənizə "böyük atabəy" titulu verilməsi 1161 - Gürcülərin Azərbaycan Atabəyləri dövləti ərazisinə ilk hücumu; Ani, Dvin, Gəncə şəhərlərinin qırğın və talana məruz qalması 1162 - Yusif Kuseyir türbəsinin inşası 1163-64 - Şəmsəddin Eldənizin Gürcüstana cavab hücumu. Ani və Dvin şəhərlərinin qaytarılması 1166 - Sünik padşahlığının dağılması 1168 - Marağa hakimi Arslan Abanın atabəylərdən vassal asılılığı haqqında müqaviləni imzalaması 1174/75 - Rusların və qıpçaqların Şirvana yürüşləri 1174-1186 - Atabəy Məhəmməd Cahan Pəhləvan 1175 - Möminə xatunun Naxçıvanda vəfatı 1175 - Təbrizin və Ruindej qalasının Eldənizlərin mülklərinə qatılması 1186 - Möminə xatun (Atabəy günbəzi) türbəsinin inşasının başa çatması 1186-1191 - Atabəy Qızıl Arslan "Məmlük" dövrünün başlanması 1187 - Mərdəkan qəsirinin inşası 1188 - Qızıl Arslanın Həmədanı tutması və sultan taxtına oturması 1191 - Qızıl Arslanın qətli 1191/92 - Şamaxıda dağıdıcı zəlzələ. Şirvanşahların paytaxtı Bakıya köçürmələri 1191-1210 - Atabəy Əbubəkr 1193 - Mucirəddin Beyləqani 1194 - Şəmkir, Beyləqan, Gəncə yaxınlığında birləşmiş gürcü-Şirvan ordusu ilə Əbubəkr ordusu arasında döyüş. Əbubəkrin məğlubiyyəti 1194 - Cahan Pəhləvanın oğlu Əmir Əmiranın gürcü-Şirvan birliyinin köməyilə Gəncəni tutması və burada öldürülməsi XII əsr - Qazax rayonu ərazisində "Qırmızı körpü"nün inşası 1201-1272 - Məhəmməd Nəsrəddin Tusi 1201-1280 - Gəncəli Kirakos XII-XIII əsrin əvvəli - Arsax-Xaçın knyazlığının yenidən dirçəlməsi 1206 - Atabəy Əbubəkrin gürcü hökmdarlarının qızı ilə evlənməsi; gürcü hücumlarına ara verilməsi 1208 - Marağa hakimləri Ağ Sunqur əl-Əhmədililər nəslinin tükənməsi. Atabəy Əbubəkrin Marağanı tutması 1210 - Atabəy Əbubəkrin vəfatı 1210-1225 - Atabəy Özbək 1210-1211 - Gürcülərin Azərbaycan ərazisinə ən böyük və geniş hücumları. Azərbaycan şəhərlərinin (Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər, Ərdəbil, Uçan, Dvin və b.) çapılıb talan edilməsi 1214-1215 - Özbəyin Xaçına yürüşü 1215 - Həsən Cəlalın Alban dövlətinin (Arsax-Xaçın) bərpa etməsi 1215-1261 - Həsən Cəlalın hakimiyyəti 1216 - Qandzasar monastırının tikilməyə başlanması 1220-1222 - Monqolların Azərbaycana ilk yürüşləri. Azərbaycan şəhərlərinin işğalı 1221 - Qıpçaqların Azərbaycana hücumları 1221 - Gürcülərin Şəki və Qəbələni tutması 1225-1231 - Xarəzmşah Cəlaləddin Mənqburnu Azərbaycanda 1225 - Azərbaycan Atabəylər dövlətinin süqutu 1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması 1231 - Xarəzmşah Cəlaləddinin qətli 1231 - Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyulması 1231-ci il - Monqolların ikinci yürüşü 1225 - Gürcü feodallarının Gəncəyə hücumu 1225-1244 - Şirvanşah III Fəriburz 1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması 1231 - Xarəzmşah Cəlaləddinin qətli 1230-1294 - Musiqişünas Səfıəddin Urməvi 1231 - Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan 1235 - Gəncənin monqollar tərəfindən işğalı 1239 - Dərbəndin monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı 1239-1256 - Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti 1244-1260 - Şirvanşah II Axsitan 1247-1318 - Dövlət xadimi, tarixçi və həkim Fəzlulla Rəşidəddin 1252-1320 - Filosof Mahmud Şəbüstəri 1252-1334 - Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin 1254 - Əhalinin monqollar tərəfindən siyahıya alınması 1256-1357 - Azərbaycanda Hülakular (Elxanilər) dövləti 1256-1265 - Hülaku xanın hakimiyyəti 1259 - Marağa rəsədxanasının açılışı 1260-1267 - Şirvanşah II Fərruxzad 1262, 1265, 1288 - Qızıl Orda xanlarının Azərbaycana yürüşləri 1265-1282 - Abaqa xan Hülaki 1267-1294 - Şirvanşah II Ğərşasb 1276 - Arranda Abaqa xana qarşı üsyan 1281-1345 - Alim, tarixçi Həmdullah Mustovfi Qəzvini 1282-1284 - Əhməd Tekudar Hülaki 1284-1291 - Arqun xan Hülaki 1291-1295 - Keyxatu xan Hülaki 1294-1317 - Şirvanşah III Fərruxzad 1295 - Baydu xan Hülaki 1295 - Qazan xanın islam dinini qəbul etməsi 1295-1304 - Qazan xan 1308 - Riyaziyyatçı Übeyd Təbrizi XIII-XIV əsrlər - Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası XIII-XV əsrlər - Bakıda Şirvanşahlar kompleksinin tikilməsi XIV əsrin əvvəlləri - Təbrizdə universitet səviyyəli Ali mədrəsənin açılışı XIV əsrin əvvəlləri - Təbrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikilməsi XIV əsrin əvvəlləri - Mahmudabad şəhərinin inşası 1304-1316 - Sultan Məhəmməd Xudabəndə (Ulçaytu) 1316-1335 - Sultan Əbu Səid 1318 - Təbrizdə Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi 1322 - Bərdə türbəsinin tikilməsi 1325-1390 - Əssar Təbrizi 1334-1392 - Şeyx Sədrəddin Səfəvi 1335 - Qızıl Orda xanı Özbəyin Azərbaycana yürüşü 1335-1336 - Arpa xan Hülaki 1336 - Musa xan Hülaki 1336-1338 - Məhəmməd xan Hülaki 1339-1340 - Satıbəy xatun Hülaki XIV əsrin 40-cı illəri - Hülakülər dövlətinin parçalanması 1340 - Bağdadda Cəlairilər dövlətinin təsisi 1340-1344 - Süleyman xan Hülaki 1340-1357 - Çobani feodallarının Azərbaycanda faktiki hökmranlığı 1340-1392 - Fəzlullah Nəimi 1344-1355 - Ənuşirəvani-Adil Hülaki 1344, 1346, 1357 - Təbrizdə Çobani feodallarına qarşı üsyanlar 1345-1372 - Şirvanşah Kavus 1345-1357 - Həsən xan Hülaki 1355-1434 - Şah Qasıi Ənvər 1357-1359 - Çobani əmiri Əxicuq 1359-1410 - Azərbaycan Cəlairilər dövlətinin tərkibində 1359-1374 - Şeyx Üveys Cəlairi 1364-1367 - Şirvanşah Kavusun Cəlairilərə qarşı mübarizəsi 1369-1417 - İmadəddin Nəsimi 1372-1382 - Sultan Hüseyn Cəlairi 1382-1538 - Dərbəndilər sülaləsi 1382-1417 - Şirvanşah I İbrahim 1382-1410 - Sultan Əhməd Cəlairi 1385, 1387, 1394 - Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri 1386, 1392, 1399 - Teymurun Azərbaycana yürüşləri 1387, 1393, 1397, 1400 - Teymurun Əlincəqalaya hücumları 1387-1401 - Əlincəqalanın qəhrəmancasına müdafiəsi 1392-1427 - Şeyx Xacə Əli Səfəvi 1402-1473 - Əbdürrəşid ibn Saleh Bakuvi 1404 - İspaniyalı Klavixo Təbrizdə 1405-1406 - Azərbaycanda Teymurilərə qarşı üsyan 1406, may-iyun - Şirvanşah İbrahimin Təbrizə gəlişi 1406, iyul - Cəlairi Sultan Əhmədin Təbrizə qayıtması 1406, 14 oktyabr - Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübəkr arasında döyüş 1408, 21 aprel - Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbubəkr üzərində qələbəsi 1410, 30 avqust - Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş 1410-1420 - Qara Yusifin hakimiyyəti 1410-1467 - Qaraqoyunlu dövləti 1412, dekabr - Kür sahilində Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş 1417-1465 - Şirvanşah I Xəlilullahın hakimiyyəti 1421, 30 iyul-1 avqust - İsgəndərlə Şahrux arasında Ələşkert döyüşü 1422-1429 və 1431-1435 - Qaraqoyunlu İsgəndərin hakimiyyəti 1427-1447 - Şeyx İbrahim (Şeyxşah) Səfəvi 1429, 17-18 sentyabr - İsgəndərlə Şahrux arasında Səlmas döyüşü 1436-1467 - Cahanşahın hakimiyyəti 1447-1460 - Şeyx Cüneyd Səfəvi 1453-1457 - Cahanşahın İranı zəbt etməsi 1453-1478 - Uzun Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda) 1458 - Cahanşahın Heratı alması 1460-1488 - Şeyx Heydər Səfəvi 1465-1500 - Şirvanşah Fərrux Yəsarın hakimiyyəti 1465 - Təbrizdə "Göy məscid"in tikilməsi. Şirvanşah elçisi Həsən bəyin Moskvaya səfəri 1466 - Rusiya elçisi Vasili Papinin Şirvana gəlişi 1467, 10 noyabr - Uzun Həsənlə Cahan şah arasında Muş düzündə döyüş 1471-1473 - Venesiya elçisi Katerino Zeno Azərbaycanda 1472-1473 - Ağqoyunlu-Osmanlı müharibəsi 1473, 1 avqust - Malatiya döyüşü 1473, 11 avqust - Otluqbeli döyüşü 1478, 5 yanvar - Uzun Həsənin vəfatı 1478-1490 - Sultan Yaqubun hakimiyyəti 1483 - Təbrizdə "Həşt-behişt" sarayının tikilməsi 1483, 1487, 1488 - Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri 1487 17 iyul - İsmayıl Səfəvinin Ərdəbildə anadan olması 1488-1404 - Şeyx Sultan Əli Səfəvi 1489-1493 - Körpə İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə qalması 1490-1492 - Ağqoyunlu Baysunqurun hakimiyyəti 1492-1497 - Ağqoyunlu Rüstəm padşahın hakimiyyəti 1494-1499 - İsmayılın Gilanda (Lahicanda)qalması 1494-1556 - Məhəmməd Füzuli 1497 - Ağqoyunlu Gödək Əhmədin hakimiyyəti 1499 - Ağqoyunlu dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi 1499-1500 - İsmayılın Ərzincan səfəri 1500-cü ilin sonları - İsmayılın Çabanı yaxınlığında Fərrux Yəsarı məğlub etməsi 1501-ci ilin yazı - İsmayılın Bakını alması 1501-ci ilin ortaları - Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi 1501-ci ilin payızı - İsmayılın Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması 1501-1524 - I Şah İsmayılın hakimiyyəti 1502-1524 - Şirvanşah II İbrahimin (Şeyxşah) hakimiyyəti 1503, 21 iyun - Həmədan yaxınlığında Şah İsmayılın Ağqoyunlu Sultan Muradı məğlub etməsi 1504-1505-ci illərin qışı - Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanıması 1508, 21 oktyabr - Şah İsmayılın Bağdadı tutması 1509-1510 - Şah İsmayılın Şirvana ikinci yürüşü 1510, 2 dekabr - Mərv yaxınlığında Şah İsmayılın Özbək Şeybani xanı məğlub etməsi 1512-1520 - Sultan Səlimin hakimiyyəti 1514, 23 avqust - Çaldıran döyüşü 1515 - Diyarbəkirin Sultan Səlim tərəfindən zəbt edilməsi 1516-1517 - Səfəvilərin Gürcüstana yürüşləri 1520-1566 - I Sultan Süleyman Qanuninin hakimiyyəti 1521 - Gürcü çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi 1524, 23 may - I Şah İsmayılın vəfatı 1524-1535 - Şirvanşah II Xəlilullahın hakimiyyəti 1524-1576 - I Şah Təhmasibin hakimiyyəti 1534, 1535, 1548, 1554 - I Sultan Süleymanın Azərbaycana yürüşləri 1538 - Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi 1540, 1546, 1551, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri 1544 - Hindistan hökmdarı Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması 1547, 1549, 1554 - Şirvanda Səfəvilərə qarşı üsyan 1551 - Şəkinin Səfəvilər dövlətinə qatılması 1552-ci il - Səfəvilərin Osmanlı ərazisinə yürüşü 1555, 29 may - Amasiya sülhü 1555 - Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi 1560-1634 - Tarixçi İsgəndər bəy Münşi 1565 - Şah Təhmasibin tamğa vergisini ləğv etməsi 1571-1573 - Təbrizdə şəhər yoxsullarının üsyanı 1574-1595 - III Sultan Muradın hakimiyyəti 1576, 22 avqust-1577, 24 noyabr - II Şah İsmayılın hakimiyyəti 1578, 13 fevral-1587 - Şah Məhəmməd Xudabəndənin hakimiyyəti 1578-1590 - Səfəvi-Osmanlı müharibələri 1578, 9 avqust - Çıldır döyüşü 1578-1581 - Krım tayfalarının Şirvan və Qarabağa basqınları 1540, 1546, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri 1587-1629 - Şah Abbasın hakimiyyəti 1590 - İstambul sülhü 1598 - Paytaxtın Qəzvindən İsfahana köçürülməsi 1599-1601 - Hüseynəli bəyin başçılığı ilə Oruc bəy Bayatın Səfəvi elçiliyi tərkibində Avropaya səyahəti 1603, 14 sentyabr - I Şah Abbasın osmanlılara qarşı hərbi əməliyyata başlaması 1603, 21 oktyabr - I Şah Abbasın Təbriz şəhərini tutması 1603-1617 - I Sultan Əhmədin hakimiyyəti 1603-1607 - Səfəvi-Osmanlı müharibəsi 1604, 8 iyun - İrəvan qalasının osmanlılardan azad edilməsi 1605, may - Çıqalaoğlu Sinan Paşanın Azərbaycana yürüşü 1605, 7 noyabr - I Şah Abbasın Sufiyan yaxınlığında Osmanlı ordusu üzərində qələbəsi 1606 - Azərbaycanda Cəlairi hərəkatının yüksəlməsi 1606, 9 yanvar - I Şah Abbasın Şamaxı üzərinə yürüşü 1606, 5 iyul - Gəncənin osmanlılardan azad edilməsi 1606-1607 - Gəncədə Şah Abbas məscidinin inşası 1606 - Lori, Tbilisi və Dmanisi qalalarının azad edilməsi 1607, yanvar - Bakıda osmanlılara qarşı üsyanın başlanması 1607, fevral-mart - Dərbənddə osmanlılar əleyhinə üsyanlar 1607, 27 iyun - Şamaxı şəhərinin osmanlılardan azad edilməsi 1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi 1610-1612 - Osmanlı-Səfəvi müharibəsi 1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi 1612, 17 oktyabr - İstambulda Səfəvi-Osmanlı sülhünün imzalanması 1613, oktyabr - I Şah Abbasın Gürcüstana yürüşü 1614-1616 - Şirvanda Məlik Pirinin (Dəli Məlik) başçılığı altında üsyan 1616-1618 - Osmanlı Səfəvi müharibəsi 1616 - Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi 1618, 10 sentyabr hakimiyyəti - Sərab yaxınlığında Çınıq-körpü adlanan yerdə I Şah Abbasın osmanlı ordusunu məğlub etməsi 1618, 26 sentyabr - Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması 1618-1623 - II Sultan Osmanlı hakimiyyəti 1623-1640 - IV Sultan Muradın hakimiyyəti 1624-1626 - Səfəvi-Osmanlı müharibəsi 1625, 30 iyun - I Şah Abbasın Əlkitçay dərəsində gürcüləri ağır məğlubiyyətə uğratması 1629, 19 yanvar - I Şah Abbasın vəfatı 1629-1642 - I Şah Səfinin hakimiyyəti 1629 - Talışda üsyan 1630, 30 aprel - Osmanlı ordusunun İrəvanı tutması 1631-1632 - Kazakların Bakı şəhərinə hücumları. Dərviş Rzanın rəhbərliyi altında Qəzvin ətrafında üsyan 1635-ci ilin yayı - IV Sultan Muradın Azərbaycana yürüşü 1639, 17 may - Qəsri-Şirində Səfəvi-Osmanlı sülhünün bağlanması 1642-1667 - II Şah Abbasın hakimiyyəti 1667-1694 - Şah Süleymanın hakimiyyəti 1668, 4 yanvar - Şamaxıda zəlzələ 1668-ci ilin yayı - Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi 1696-1722 - Şah Sultan Hüseynin hakimiyyəti 1699-1702 - Səfəvi dövlətində təbəələrin ümumi siyahıya alınması 1707-1709 - Erməni fırıldaqçı siyasətbazı İsrail Orinin Azərbaycana və İrana casusluq səfəri. Car-Balakən bölgəsində üsyanlar 1709-1711 - Şirvanda üsyanlar 1709-1809 - Molla Vəli Vidadi 1710 - Qaçqın kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi 1713 - Səfəvi elçisi Fəzlulla bəyin Rusiyaya səfəri 1716-1718 - Rus dövlətinin elçisi A. P. Volınskinin Azərbaycana və İrana səfəri 1717 iyun-iyul - Rusiya-İran ticarət müqaviləsinin bağlanması 1717-1797 - Molla Pənah Vaqif 1718-1719 - Hacı Davudun başçılığı ilə Şirvanda üsyanın birinci mərhələsi 1720-1721 - Şirvanda üsyanın ikinci mərhələsi 1721, avqust - Hacı Davud və Qazıqumuqlu Surxay xanın başçılıq etdiyi Şirvan üsyançılarının Şamaxını tutması 1722, iyul - I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycana və İrana hərbi yürüşünün başlanması 1722, 23 avqust - Rus qoşunlarının Dərbənd şəhərinə daxil olması 1722, 5 sentyabr - Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi 1722, oktyabr - İsfahanın üsyançı əfqan qəbilələri tərəfindən alınması 1722, dekabr - Hacı Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı təsdiq olunması: Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi 1723, avqust - Rus eskadrasının Bakını zəbt etməsi 1723, sentyabr - Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayıl bəy arasında "müqavilə" bağlanması 1724, 12 iyul - İstanbulda Səfəvi irsini bölüşdürmək barədə Osmanlı-Rusiya bağlanması 1724, iyun - Osmanlı qoşunlarının İrəvan şəhərini alması 1724 - Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması 1725, may - Osmanlı qoşunlarının Təbrizi alması 1725, avqust - Gəncənin Osmanlı qoşunları tərəfindən alınması 1725, dekabr - Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması 1726-1727 - Müşkür, Niyazabad, Cavad, Salyan, Astara, Lənkəran, Qızılağac və Talışın rus qoşunlarıtərəfindən işğalı 1726-1758 - Qubalı Hüseynəli xanın hakimiyyəti 1727-1728 - Hacı Davudun Şirvan xanı vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi təsdiq olunması 1730 - Nadir şah Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması 1732, 16 yanvar - Girmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin bağlanması 1732, 21 yanvar - Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması 1733, fevral - Bağdad şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması 1734, avqust - Nadirin Şamaxını ələ keçirməsi 1735 - Hacı Davudun vəfatı 1735, 10 mart - Gəncə şəhərində Nadirlə Rusiya nümayəndəsi S. Qolitçın arasında müqavilənin bağlanması 1743 - Şəkidə üsyan 1744, noyabr - Nadir şahın qoşunla Şəki üzərinə hərəkət etməsi 1747, 20 iyun - Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi 1747 – III Sam Mirzənin başçılığı ilə üsyan. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan etməsi. Qəbələ və Ərəş hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xanı elan etməsi 1743-1755 - Hacı Çələbi xanın hakimiyyəti 1747-1759 - Dərbəndli Məmmədhüseyn xanın hakimiyyəti 1747-1760 - Gəncəli Şahverdi xanın hakimiyyəti 1747-1762 - Bakılı Mirzə Məhəmməd xanın hakimiyyəti 1747-1786 - Talışda Cəmaləddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti 1748 - Bayat qalasının tikilməsi. Əmiraslan xanın özünü İran hakimi elan etməsi 1748-ci ilin sonu - Adil şahın taxtdan salınması 1748-1763 - Qarabağlı Pənahəli xanın hakimiyyəti 1751 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü 1752 - Gürcü çarları Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü 1755 - Hacı Çələbi xanla qubalı Hüseynəli xan arasında toqquşma 1755-1779 - Şəkili Hüseyn xanın hakimiyyəti 1757 - Pənahabad (Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi 1758-1789 - Qubalı Fətəli xanın hakimiyyəti 1758-1763 - Əsgəran qalasının tikilməsi 1759 - Urmiyalı Fətəli xan Əfşarın Şuşaya hücumu 1760-1780 - Gəncəli Məhəmmədhəsən xanın hakimiyyəti 1760 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü 1761 - Kərim xan Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi 1763-1786 - Xoylu Əhməd xanın hakimiyyəti 1763 - Məhəmməd Səid xanın Yeni Şamaxını ələ keçirməsi 1768 - Şamaxı xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının Quba xanlığına birləşdirilməsi 1768-1769 - Şuşada yeni Cümə məscidinin inşası 1768-1784 - Bakılı Məlikməhəmməd xanın hakimiyyəti 1772 - Şəki şəhərinin yeni əraziyə köçürülməsi 1774, iyul - Əmir Həmzənin başçılıq etdiyi rus qoşunlarının Dərbəndi mühasirəyə alması 1774, avqust - General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi 1779 - Qarabağlı İbrahim xanın bakılı Məlikməhəmməd xanı həbs etməsi 1779-1781 - Şəkili Əbdülqədir xanın hakimiyyəti 1780-1781 - Qubalı Fətəli xanın Qarabağa yürüşləri 1781-1795 - Şəkili Məhəmmədhəsən xanın hakimiyyəti 1783, 24 iyul - Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haqqında Georgiyevsk müqaviləsinin imzalanması 1783-1804 - Gəncəli Cavad xanın hakimiyyəti 1785 - Xoylu Əhməd xanın Təbrizə yürüşü 1786-1814 - Mir Mustafa xanın hakimiyyəti 1795 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza birinci yürüşü 1795, iyun-iyul - Şuşa qalasının Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alınması 1795-1806 - Şəkili Səlim xanın hakimiyyəti 1796, aprel - V. Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü 1796-1806 - Qarabağlı İbrahim Xəlil xanın hakimiyyəti 1797 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza ikinci yürüşü 1797, 4 iyul - Ağa Məhəmməd şahın Şuşada qətlə yetirilməsi 1801 (əvvəli) - İran-İngiltərə müqaviləsi 1801, 12 sentyabr - Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti 1802, 26 dekabr - Georgiyevski müqaviləsi 1802-1870 - Məhəmmədəli Kazım bəyin yaşadığı illər 1803, mart - Car-Balakənin Rusiya tərəfindən işğalı 1804, 4 yanvar - Gəncənin Rusiya tərəfindən işğalı 1804, 10 iyul - Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi 1804, iyul - Rusiya-İran müharibəsinin başlanması 1805, 14 may - Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi 1805, 27 dekabr - Şirvan xanlığı ilə Rusiya arasında müqavilə 1806, 8 fevral - Sisianovun Bakı yaxınlığında öldürülməsi 1806, iyun - İbrahimxəlil xanın öldürülməsi 1806, iyun - Rus qoşunlarının Şəki xanlığından qovulması 1806, 22 iyun - Rus qoşunları tərəfindən Dərbəndin tutulması 1806, sentyabr - Bakı və Quba xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi 1806, oktyabr - Şəki xanlığının işğalı 1806, dekabr - Rus-türk müharibəsinin başlanması 1809 - İngiltərə-İran müqaviləsi 1810, 15 iyun - Mehrinin ruslar tərəfindən işğalı 1810, avqust - İranla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlanması 1812, 14 mart - İngiltərə-İran müqaviləsi 1812, 16 may - Buxarest sülhü 1812, 8 iyul - İngiltərə-Rusiya müqaviləsi 1812, 21 dekabr - Kotlyarevskinin Lənkəran xanlığına soxulması 1813, 12 oktyabr - Gülüstan sülhü 1818 - Ağalar haqqında "Əsasnamə" 1819 - Nuxada komendant üsulunun təsisi 1820 - Şirvanda komendant üsulunun təsisi 1822 - Qarabağ xanlığında komendant üsulunun təsisi 1824 - Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi 1826 - Lənkəranda komendant üsulunun təsisi 1826, 19 iyul - Abbas Mirzənin Şimali Azərbaycana hücumu 1826, 27 iyul - Gəncə üsyanı 1826, 3 sentyabr - Şamxor döyüşü 1826, 4 sentyabr - Gəncənin yenidən işğalı 1826, 13 sentyabr - Gəncə döyüşü 1826, 9 dekabr - Nuxanın yenidən tutulması 1826, 26 dekabr - Rus qoşunlarının Cənubi Azərbaycana soxulması 1827, 26 may - Naxçıvanın tutulması 1827, 5 iyun - Cavanbulaq döyüşü 1827, 7 iyul - Abbasabadın tutulması 1827, 20 sentyabr - Sərdarabadın süqutu 1827, 26 sentyabr - İrəvanın mühasirəsinin başlanması 1827,1 oktyabr - İrəvan qalasının süqutu 1827, 2 oktyabr - Mərəndin tutulması 1827, oktyabr - Xoyun tutulması 1827, 13 oktyabr - Təbrizin tutulması 1827 - Xanabad (Nuxa yaxınlığında) ipək emalı fabrikinin işə salınması 1828, 28 yanvar - Urmiyanın tutulması 1828, 8 fevral - Ərdəbilin tutulması 1828, 10 fevral - Türkmənçay müqaviləsi 1828, aprel - Rus-türk müharibəsinin başlanması 1829, 2 sentyabr - Ədirnə sülhü 1830 - Car vilayətinin təşkili 1830 - Car-Balakən üsyanı 1830, dekabr - Şuşada ilk qəza məktəbinin açılması 1831, 3 iyun - Yeni ticarət tarifi (yasaqlı tarif) 1831 - Talış üsyanı 1832, 17 yanvar - Bakıda qəza məktəbinin açılması 1833, 8 fevral - Gəncədə qəza məktəbinin açılması 1837 – Quba üsyanı 1838 - Car-Balakəndə kəndli çıxışı 1838 - Şəkidə kəndli üsyanı 1840 - İnzibati məhkəmə islahatı 1841, 5 yanvar - Zaqafqaziyada dövlət əmlakının idarə olunması haqqında qanun 1844 - Qafqaz canişinliyinin təsisi 1844-1845 - Şuşa, Nuxa və Qubada kəndli çıxışları 1846, 14 dekabr - Şamaxı, Dərbənd quberniyalırının təşkili 1848 - Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusunu qazmaq cəhdi 1848 - Şuşada ilk teatr tamaşası 1849, iyun - İrəvan quberniyasının təşkili 1849 - Gəncədə, Şuşada, Şamaxıda, Bakıda müsəlman məktəblərinin açılması 1850 - Lənkəranda ilk teatr tamaşası 1852 - Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi 1855 - Gədəbəy misəritmə zavodunun işə düşməsi 1857 - Şamaxıda ilk teatr tamaşası 1859 - Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili 1861, 29 iyun - "Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə"nin təsdiqi 1863, iyun - Zaqatalada üsyan 1864, 21 yanvar - Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilməsi 1864 - Şuşada şair Mirzə Rəhim Fəna tərəfindən "Məclisi-üns" təşkil edilmişdi 1865 - Bakıda 4 sinifli ali ibtidai məktəb Azərbaycanda ilk gimnaziya üçün əsas oldu 1865, 25 avqust - "Simens qardaşları və Ko şirkəti" tərəfindən Gədəbəydə iri misəritmə zavodunun tikilməsinin başa çatdırılması 1868 - Mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması 1869 - S. Ə. Şirvani tərəfindən Şamaxıda yeni tipli məktəblərdən biri açılmışdır 1870, 14 may - aqrar islahatı 1872, 17 fevral - Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması 1872, 16 iyun - şəhər əsasnaməsinin təsdiq olunması 1872, avqust - Bakı xəzinə palatasının təsiri 1873, 23 mart - Bakıda M. F. Axundovun "Lənkəran xanının vəziri" pyesinin tamaşasının göstərilməsi 1873 - İlk neft fontanı 1874 - Ərəş qəzasının təşkili 1874 - Bakıda ilk qadın gimnaziyasının fəaliyyətə başlaması 1875, 22 iyul - "Əkinçi" qəzetinin nəşrə başlaması 1878 - İlk neft kəmərinin çəkilişi 1879 - "Nobel qardaşları" firması tərəfindən ilk dəmir yolunun çəkilməsi 1880, yanvar - Bakı rayonunda dəmir yolunun fəaliyyətə başlaması 1880 - "Kəşkül" qəzetinin nəşrə başlaması 1882 - Ordubadda "Əxtər" ("Ulduzlar") məktəbi açıldı 1882 – A. O. Çernyayevskinin tərtib etdiyi "Vətən dili" dərsliyinin çap olunması 1882 - Zaqatalada birinci peşə məktəbi təşkil olundu 1883, may - Tiflis və Bakı arasında dəmir yolu fəaliyyətə başladı 1883, iyul - Cəbrayıl və Cavanşir qəzalarının təşkili 1889-1893 - İngilis təbəəsi A. Ukqardtın və onun həmvətənlisi İ. Blissin Ucarda, Yelizavetpolda və Kürdəmirdə biyan kökü emal edən zavodları tikdirmələri 1890, 3 dekabr - Cənubi Qafqaz torpaqlarının sudan istifadə üçün "Sudan istifadə haqqında Əsasnamə"nin qəbul edilməsi 1894 - Rusiyada ilk neft ixracedici sindikat "Bakının neft-zavod sahibləri ittifaqı"nın yaranması 1896 - Bakı-Batum neft kəməri tikintisinin başlanması 1896 - Mərdəkanda Azərbaycanın ilk xüsusi bağçılıq məktəbi açıldı. Məktəb H.Z. Tağıyev tərəfindən təşkil olunmuşdu. 1897 - Bakının ən iri firmalarından biri "H. Z. Tağıyev" firması bir qrup ingilisə Q. Qladstana, D. Kitona, C. Mira və başqalarına satıldı 1897 - Balaxanı-Sabunçu polismeysterliyinin təsis edilməsi 1898 - Bakı neft hasilatına görə ABŞ-ı ötdü 1898 - Quba bağçılıq məktəbinin fəaliyyətə başlaması 1899 - Yelizavetpol quberniyasında "Tovuz" tikinti materialları və sement istehsalı səhmdar cəmiyyəti təsis olundu