Xronologiya - 1
1 milyon 500 min - 1 milyon 200 min il əvvəl - Azərbaycanda ilk insanın izləri. Quruçay mədəniyyəti
1 milyon 200 min - 1 milyon il əvvəl - Azıx mağarasında insan həyatının başlanması
400-350 min il əvvəl - Azıx mağarasındakı azıxantropun çənə fraqmenti
100-35 min il əvvəl - Orta paleolit
40-35 min il qabaq - Yuxarı paleolitin başlanması. Müasir insanın meydana gəlməsi
E.ə. XIII-V minilliklər - Mezolit və neolit. İstehsaledici təsərrüfatın təşəkkülünün başlanması
E.ə. IV-VI minilliklər - Eneolit. Şomutəpə mədəniyyəti.
E.ə. IV-III minilliyin sonu - İlkin tunc dövrü. Kür-Araz mədəniyyəti.
E.ə. III minilliyin son sülsü - Azərbaycan ərazisində ilk tayfa ittifaqları. Kutilər, lullubilər və hurrilər haqqında Şumer-Akkad mənbələrinin məlumatı
E.ə. III minilliyin sonu- II minilliyin birinci yarısı - Orta tunc dövrü
E.ə. II minillik - Naxçıvan mədəniyyəti
E.ə. II minilliyin birinci yarısı - Ön Asiyaya gələn ari tayfaları Urmiyasahili rayonunda hurilərlə təmasda olmuşlar
E.ə. II minilliyin ikinci yarısı - I minilliyin başlanğıcı - Son tunc və ilkin dəmir dövrü.
E.ə. II minilliyin sonu - Azərbaycanda ibtidai icma quruluşunun dağılması.
E.ə. II minilliyin sonu - I minilliyin başlanğıcı -Azərbaycan ərazisinə irandilli tayfaların soxulması
E.ə. IX əsrin ikinci yarısı - Urmiyasahili rayonda Manna çarlığı təşəkkül tapır.
E.ə. VIII əsr - Manna dövlətinin güclənməsi və genişlənməsi. Aşşurlular və urartulular ilə mübarizə.
E.ə. 714-cü il - II Sarqonun Urartuya qarşı yürüşü.
E.ə. VIII-VII əsrin sonu - kimmerlərin, iskitlərin və sakların Qafqaza və Ön Asiyaya soxulması
E.ə. VII əsrin 70-ci illəri - Azərbaycan ərazisinin bir hissəsində kimmer-iskit-sak çarlığının meydana gəlməsi
E.ə. VII əsrin 70-ci illəri - Mada çarlığının meydana gəlməsi
E.ə. 660-cı ilə yaxın - Mannada çar Ahşeriyə qarşı üsyanlar
E.ə. 625-585-ci illər - Kiaksarın hökmranlığı
E.ə. 615-ci il - Madalıların Aşşur ilə müharibəsinin başlanması
E.ə. 612-ci il - Neynəvanın madalılar və babillər tərəfindən işğal edilməsi
E.ə. 612-605-ci illər - Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında bölünməsi
E.ə. VII əsrin sonu - VI əsrin başlanğıcı - Mannanın, Skif çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi
E.ə. 550-ci il - Mada dövlətinin süqutu. Farsların Haxamanişilər dövlətinin meydana gəlməsi
E.ə. 522-ci il - Qaumatanın çevrilişi.
E.ə. əvvəl 521-ci il - Fravartişin başçılığı ilə madalıların üsyanı
E.ə. IV əsr - eramızın III əsri - Yaloylutəpə mədəniyyəti
E.ə. 334-330-cu illər - Makedoniyalı Aleksandrın istilaları və Haxamanişilər dövlətinin süqutu
E.ə. 331-ci il - Qavqamela yaxınlığındakı döyüşdə madalıların, kadusilərin, sakesinlərin və albanların iştirak etməsi
E.ə. IV əsrin son sülsü - Atropatena dövlətinin meydana gəlməsi
E.ə. III əsr - Albaniya dövlətinin meydana gəlməsi
E.ə. 285-280-ci illər - Kaspi dənizini öyrənmək üçün Heraklidin və Patroklun ekspedisiyaları.
E.ə. III əsrin son sülsü - Atropatenanın güclənməsi. Çar Artabazan.
E.ə. III əsrin 20-ci illərinin sonu - Artabazan Selevki çarı III Antioxun ali hakimiyyətini tanıyır.
E.ə. III əsr - Albaniyada sikkə kəsilməsi.
E.ə. II əsrin 60-cı ili - Atropatena yenidən müstəqil siyasət yeridir.
E.ə. I əsr - Atropatenada parfiyalıların və Avesta zərdüştiliyinin mövqelərinin möhkəmlənməsi.
E.ə. I əsr - Roma müdaxiləsinə qarşı albanların mübarizəsi.
E.ə. 60-cı illər - Yazılı mənbələrdə alban basilevisi Oroysun və onun qardaşı Kosisin xatırladılması.
E.ə. I əsrin ikinci yarısı - Atropatenada Artabazdın hökmranlığı.
E.ə. 36-cı il - Romalıların Atropatenaya soxulması. Fraaspanın qəhrəmancasına müdafiəsi. Atropatena çarı Artabazd və parfiyalılar tərəfindən Antoninin qoşunlarının darmadağın edilməsi.
E.ə. 35-ci il - Albanların parfiyalılarla çarpışması. Basilevs Zober.
E.ə. I əsrin son sülsü - Atropatena çarlarının parfiyapərəst siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq.
E.ə. I əsrin sonu - Atropatena hökmdarları Ariobarzan və Ariovasd.
Eramızın I əsrinin başlanğıcı - Arşakilər Atropatenada hakimiyyəti ələ keçirirlər.
Eramızın I əsrinin ikinci yarısı - Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması
70-ci illər - Alanların Azərbaycana və qonşu ölkələrə soxulması
80-90-cı illər - Romalıların Albaniyaya yürüşü
226-cı il - İranda Sasanilər sülaləsinin hakimiyyət başına gəlməsi
III əsrin II yarısı - Azərbaycan ərazisində Sasani işğalı dairəsi
313-371 - Alban hökmdarı Urnayr
313 - Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi
V əsrin əvvəlləri- Yeni alban əlifbasının yaradılması
422 - Alban keçidinin birgə müdafiəsi üçün İran-Bizans sazişi
428 - Sasanilərin Ermənistanda dövlətçiliyi ləğv etmələri
V əsrin ortaları - Perozabad-Bərdə şəhəri Albaniyanın yeni paytaxtıdır
450-451 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı hərəkatı
451, 2 iyun - Avarayn döyüşü
457-463 - Alban xalqının Sasanilərə qarşı üsyanı
463-487 - II Vaçenin taxt-tacdan imtinası; alban arşakilər sülaləsinə ara verilməsi. I mərzbanlıq
481-484 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı yeni çıxışları
485 - Nvarsak sülh müqaviləsi
487 - Alban Arşakilər sülaləsi hakimiyyətinin bərpası
487-510 - III Mömin Vaçaqan
488 - Aquen (Aluen) məclisinin çağırılması
V əsrin sonu VI əsrin I yarısı - Məzdəkilər hərəkatı
510 - Alban Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması
510-628 - Albaniyada II mərzbanlıq dövrü
VI əsrin I yarısı, ortaları - Türk tayfalarının (savirlərin, avarların, bulqarların, xəzərlərin) Cənubi Qafqaz ərazisinə yeni yürüşləri
531-579 - I Xosrov Ənuşirəvan
586 - Bizans ordusunun Albaniyaya hücumu
591 - İran-Bizans müqaviləsi
603 - Mihranilərin Albaniyada qərarlaşması; Alban katalikosu Vironun fəaliyyətə başlaması
603-628 - İran-Bizans müharibəsi
612-613 - İran dini məclisinin çağırılması
626 - Xəzərlərin Albaniyaya geniş hücumunun başlanması
627 - Mihrani Varaz Qriqorun Ktesifonda "Girdiman hakimi və Albaniyanın işxanı" titulunu alması
629-630 - Xəzərlərin Albaniyanı tutması
637 - Ərəblərin Ktesifonu işğal etməsi
639-640 - Ərəblərin Azərbaycana ilk uğursuz basqınları
640-642 - İran qoşunlarının Albaniyaya hücumları
640 - Cavanşirin İberiya hökmdarı Atrnersehlə "sarsılmaz ittifaq" bağlaması
642 - Nihavənd döyüşü
643 - Ərəblərin Azərbaycana hücumu. Ərdəbil döyüşü
643 - Ərəb-Azərbaycan sülh sazişi
643 - Utba ibn Farkadın xəlifənin Azərbaycandakı "amili" vəzifəsinə təyin edilməsi
643 - Ərəblərin Dərbəndi-Bab əl-Əbvabı tutması. Sülh sazişi
644 - Ərəblərin Muğanı tutması. Sülh sazişi
644 - Tiflisin ərəblər tərəfindən işğalı
644-645 - Azərbaycan əhalisinin ərəblərə qarşı çıxışları
644-645 - Ərəblərin Azərbaycana yeni-ikinci yürüşü. Yeni sülh sazişi
644-645 - Həbib ibn Məsləmənin və Salman ibn Pəbiənin Albaniyaya yürüşləri və onun işğalı
652-653 - Salman ibn Rəbiənin Dərbəndə uğursuz hücumu; onun öldürülməsi. Azərbaycanın çox hissəsinin yenidən ərəb itaətindən çıxması
654-655 - Həbib ibn Məsləmənin Qafqaza yeni hücumu. Azərbaycanın şimal hissəsinin də Xilafətdən asılı vəziyyətə düşməsi
654 - Ərəb canişinini iqamətgahının Dvindən Bərdəyə köçürülməsi; Cavanşirin Bizans imperatoru II Konstantla danışıqları
664 - Cavanşirin xəzərlərlə sazişi və xaqanın qızı ilə evlənməsi
667-670 - Cavanşirin xəlifə Müaviyə ilə görüşləri və danışıqları
680 - Cavanşirin qətli
VII əsr - 15 aşırımın Xudafərin körpüsünün tikilməsi
VII əsrin II yarısı - Alban şairi Davdək
680 - Xəzərlərin Azərbaycana yeni hücumlarının başlanması
680-669 - Alban hökmdarı I Varaz Tiridat
681 - Alban katolikosu Yeliazarın, yepiskop İsrailin xəzərlərlə danışıqları
688-690 - Cənubi Qafqaz ərazisinə ərəblərin və bizansların basqınları. Albanların üçqat tabeçiliyinə düşmələri
691-92, 725-26 - Azərbaycan əhalisinin siyahıya alınması
699-704 - I Varaz Tiridatın Konstantinopolda əsir saxlanılması
VII-VIII əsrin hüdudları – Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranması
VII əsrin II yarısı-VIII əsrin I yarısı - Azərbaycanın ərəbdilli şairləri Musa Şəhəvat və İsmayıl ibn Yasar
VII əsrin II yarısı-VIII əsrin I əvvəlləri - Moisey Kalankatlı və onun "Alban tarixi" əsəri
704 - Partav (Bərdə) dini məclisi; alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi
705 - Albaniyanın dövlət müstəqilliyini itirməsi; onun ərəb vilayəti Arrana çevrilməsi
VIII əsr - Sufizmin yayılmağa başlaması
707-708 – Azərbaycan ərazisində ərəb-xəzər müharibələri
721-722 – Xəzər, qıpçaq və başqa türk tayfalarının Azərbaycana hücumları
VIII əsrin 30-cu illəri - Mərvan ibn Məhəmmədin xəzərlərə qarşı uğurlu yürüşləri
VIII əsrin ortaları - Azərbaycanın ərəbdilli şairi Əbul Abbas əl-Əma
748-752 - Azərbaycanda Xilafətə qarşı çıxışlar; Müsafir ibn Küseyrin üsyanı
750 - Abbasilər sülaləsinin Xilafətdə hakimiyyət başına gəlməsi
755 - Atəşpərəst Sunbadın üsyanı
VIII əsrin ortaları - Azərbaycana cənub ərəb tayfaları axınının güclənməsi; burada məskunlaşan şimal və cənub ərəb tayfaları arasında ədavətin artması
775-785 - Xəlifə əl-Mehdinin hakimiyyəti; onun yeni dini təlimatı
778-779 - Xürrəmilərın ilk çıxışı
793-794 - Beyləqanda Əbu Müslim üsyanı
796/97-797/98 - Xürrəmilərin Azərbaycanda yeni çıxışları
798-799 - "Şirvan məliki" Şammax ibn Şuca
VIII əsrin sonu - Ərəb-Xəzər müharibələrinin başa çatması
VIII əsrin sonu - IX əsrin əvvəlləri - "Ərminiyə" inzibati adının faktiki ləğvi
VIII əsrin sonu - IX əsrin əvvəlləri – Yəzid ibn Məzyəd ət-Şeybaninin Azərbaycanda hakimliyi
808-809 - Xürrəmilərin Azərbaycanda, İsfahanda, Reydə, Həmədanda və s. çıxışları
816 - Cavidan və Əbu İmranın bir-birlərini öldürmələri; Babək-xürrəmilərin başçısıdır.
821 - II Varaz Tiridatın öldürülməsi
IX əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəli - Arranda bidətçi beyləqanlıların (pavlikianların) hərəkatı
830-833 - Xürrəmilərin hərəkatının genişlənməsi, Həmədanın tutulması
835 - Alban hakimi Səhl ibn Smbatın Arranı ələ keçirməsi
836 - Həştadsər vuruşması
836-cı ilin qışı - Babəkin sərkərdəsi Tarxanın öldürülməsi
837 avqust - Bəzz qalasının tutulması və dağıdılması; Babəkin qaçması
837, 15 sentyabr - Babəkin tutularaq Bərzəndə gətirilməsi
838, yanvar-mart - Babəkin edam edilməsi
839-840 - Təbəristanda Məzyədin başçılığı ilə üsyan
839-40 - Azərbaycanda Minkiçəvr əl-Fərqaninin mərkəzi hakimiyyətə qarşı çıxışı
842-847 - İsfahanda xürrəmilərin yeni çıxışları
IX əsrin 40-cı illəri - Cənubi Qafqazda Xilafətə qarşı çıxışlar
853 - Buğa əl-Kəbirin çıxışları yatırması; yerli hakimlərin Samirə şəhərinə əsir aparılması
IX əsrin II yarısı-X əsrin əvvəlləri - Xilafətin zəifləməsi; Azərbaycanda separatizmin güclənməsi
861 - Məzyədilərdən olan Heysəm ibn Xalidin Şirvanda, Yəzid ibn Xalidin Layzanda hakimiyyəti ələ almaları
869 - Haşim əs-Suləminin müstəqil Dərbənd şəhər-dövlətinin (əmirliyinin) əsasını qoyması
886 (887) - Qriqor Hammamın Alban dövlətin bərpa etməsi
IX əsrin 80-ci illərinin əvvəlləri - Bakı neft mədəniyyətindən və duz yataqlarından əldə edilən gəlirin dərbəndlilərə verilməsi haqqında Xəlifə fərmanları
IX əsrin 80-cı illərin axırı - Sünik və Arsax-Xaçın knyazlığının yaranması
IX əsrin II yarısı - X əsrin I yarısı - Azərbaycanda elmi və fəlsəfi fikrin inkişafı (əl-Bərdici, əl-Bərdəi, Məhəmməd əl Bakuvi və b.)
898-941 - Sacilər dövləti
901-927 - Yusif ibn Əbu Sacın Xəlifənin Azərbaycandakı canişini təyin edilməsi
913-914 - Rusların Abşeron sahilinə və Bakıya hücumları
914 - Yusifin erməni hökmdarı I Smbatı məğlub etməsi
917 - Layzanşah Əbu Tahir Yəzidin Şirvanı tutması və "şirvan-şah" titulunu qəbul etməsi
917 - Şamaxının Əbu Tahir Yəzidin şərəfinə Yəzidiyyə adlandırılması
930 - Şirvan-Dərbənd sülh müqaviləsi
943 - Rusların Bərdəni işğalı və dağıtması
960 - Sənəkərimin Şəkidə hakimiyyəti möhkəmlətməsi və "alban hökmdarı" adını qəbul etməsi
971-1075 - Şəddadilər dövləti (Gəncə əmirliyi)
983 - Şabranın qala divarlarının tikilməsi
983-1060; 1107-1117 - Rəvvadilər dövləti
993-1066 - Bəhmənyar
1012-1088 - Qətran Təbrizi
1018-1021, 1029 - Oğuzların Azərbaycana yürüşləri
1027 - Araz çayı üzərində on bir aşırımlı Xudafərin körpüsünün tikilməsi
1030 - Rusların gəmilərlə Azərbaycana yeni hücumu
1030-1109 - Xətib Təbrizi
1038-Orta Asiyada Oğuz dövlətinin təşəkkülü
1040 - Dəndənəkan döyüşü
XI əsrin 40-cı illəri - Səlcuq yürüşlərinin başlanması
1045 - Yəzidiyyənin və Gəncənin qala divarlarının möhkəmləndirilməsi
1054 - Sultan Toğrulun Təbrizə hücumu
1066 - Şirvanda iğtişaşlar
XI əsrin 60-70-ci illəri - Alp Arslanın, Məlik şahın Azərbaycana hücumları
1078/79 - Bakıda "Sınıq qala" məscidinin inşası
1089, 1182/83 - Məhsəti xanım Gəncəvi
XI əsrin sonu - Dərbənd şəhər-dövlətinin Şirvanşahlar dövlətinə qatılması
XI-XII əsrlər - Gəncəçay üzərində üç çoxaşırımlı körpünün inşası
XI-XIII əsrin əvvəlləri - Azərbaycan poeziya məktəbinin çiçəklənmə dövrü
1100 - Beyləqanda üsyan
1111 - Şirvanşah III Mənuçehrin gürcü şahzadəsi Tamarayla evlənməsi
1117-1157 - Böyük Səlcuq sultanı Səncər
1118 - Mərkəzi Həmədanda olan İraq Səlcuq sultanlığının yaradılması; sultan Mahmudun fəaliyyətə başlaması
1120/21 - Gürcü hökmdarı IV Davidin Arrana hücumu
1122 - Gəncədə zəlzələ
1123/24 - Gürcülərin Şirvana hücumları
1130-1213 - Mxitar Qoş
1133-1152 - Məsudun İran sultanı elan edilməsi
1135 - Xəlifə-sultan qarşıdurmasının müharibəyə çevrilməsi; xəlifə qoşununun məğlubiyyəti
1136 - Sultan Məsudun atabəy Şəmsəddin Eldənizə Arranı iqta verməsi; Atabəyin Bərdəyə gəlişi
1139 - Gəncədə zəlzələ; gürcülərin basqını və şəhər qapılarını da qənimət kimi aparmaları
1141-1209 - Nizami Gəncəvi
1142 - Əmir Qutluğun Gəncədə sultana qarşı çıxışı
1145-1234 - Şihabəddin Sührəvərdi
1147 - Xas bəyin Sultan Məsud tərəfindən Azərbaycan və Arrana hakim təyin edilməsi
1148 - Marağada "Qırmızı günbəz" türbəsinin inşası
1148 - İraq sultanlığı əmirlərinin Şəmsəddin Eldənizlə birlikdə sultan Məsuda qarşı çıxışları və hücumları
XII əsrin ortaları - Mxitar Qoşun "Nor-Getik"-Qoşavəng monastırının və oradakı məktəbin yaranması
1153 - Sultan Məhəmmədin hakimiyyətə gəlməsi
1160 - Arslan şahın İraq sultanı olması Şəmsəddin Eldənizə "böyük atabəy" titulu verilməsi
1161 - Gürcülərin Azərbaycan Atabəyləri dövləti ərazisinə ilk hücumu; Ani, Dvin, Gəncə şəhərlərinin qırğın və talana məruz qalması
1162 - Yusif Kuseyir türbəsinin inşası
1163-64 - Şəmsəddin Eldənizin Gürcüstana cavab hücumu. Ani və Dvin şəhərlərinin qaytarılması
1166 - Sünik padşahlığının dağılması
1168 - Marağa hakimi Arslan Abanın atabəylərdən vassal asılılığı haqqında müqaviləni imzalaması
1174/75 - Rusların və qıpçaqların Şirvana yürüşləri
1174-1186 - Atabəy Məhəmməd Cahan Pəhləvan
1175 - Möminə xatunun Naxçıvanda vəfatı
1175 - Təbrizin və Ruindej qalasının Eldənizlərin mülklərinə qatılması
1186 - Möminə xatun (Atabəy günbəzi) türbəsinin inşasının başa çatması
1186-1191 - Atabəy Qızıl Arslan "Məmlük" dövrünün başlanması
1187 - Mərdəkan qəsirinin inşası
1188 - Qızıl Arslanın Həmədanı tutması və sultan taxtına oturması
1191 - Qızıl Arslanın qətli
1191/92 - Şamaxıda dağıdıcı zəlzələ. Şirvanşahların paytaxtı Bakıya köçürmələri
1191-1210 - Atabəy Əbubəkr
1193 - Mucirəddin Beyləqani
1194 - Şəmkir, Beyləqan, Gəncə yaxınlığında birləşmiş gürcü-Şirvan ordusu ilə Əbubəkr ordusu arasında döyüş. Əbubəkrin məğlubiyyəti
1194 - Cahan Pəhləvanın oğlu Əmir Əmiranın gürcü-Şirvan birliyinin köməyilə Gəncəni tutması və burada öldürülməsi
XII əsr - Qazax rayonu ərazisində "Qırmızı körpü"nün inşası
1201-1272 - Məhəmməd Nəsrəddin Tusi
1201-1280 - Gəncəli Kirakos
XII-XIII əsrin əvvəli - Arsax-Xaçın knyazlığının yenidən dirçəlməsi
1206 - Atabəy Əbubəkrin gürcü hökmdarlarının qızı ilə evlənməsi; gürcü hücumlarına ara verilməsi
1208 - Marağa hakimləri Ağ Sunqur əl-Əhmədililər nəslinin tükənməsi. Atabəy Əbubəkrin Marağanı tutması
1210 - Atabəy Əbubəkrin vəfatı
1210-1225 - Atabəy Özbək
1210-1211 - Gürcülərin Azərbaycan ərazisinə ən böyük və geniş hücumları. Azərbaycan şəhərlərinin (Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər, Ərdəbil, Uçan, Dvin və b.) çapılıb talan edilməsi
1214-1215 - Özbəyin Xaçına yürüşü
1215 - Həsən Cəlalın Alban dövlətinin (Arsax-Xaçın) bərpa etməsi
1215-1261 - Həsən Cəlalın hakimiyyəti
1216 - Qandzasar monastırının tikilməyə başlanması
1220-1222 - Monqolların Azərbaycana ilk yürüşləri. Azərbaycan şəhərlərinin işğalı
1221 - Qıpçaqların Azərbaycana hücumları
1221 - Gürcülərin Şəki və Qəbələni tutması
1225-1231 - Xarəzmşah Cəlaləddin Mənqburnu Azərbaycanda
1225 - Azərbaycan Atabəylər dövlətinin süqutu
1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması
1231 - Xarəzmşah Cəlaləddinin qətli
1231 - Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyulması
1231-ci il - Monqolların ikinci yürüşü
1225 - Gürcü feodallarının Gəncəyə hücumu
1225-1244 - Şirvanşah III Fəriburz
1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması
1231 - Xarəzmşah Cəlaləddinin qətli
1230-1294 - Musiqişünas Səfıəddin Urməvi
1231 - Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan
1235 - Gəncənin monqollar tərəfindən işğalı
1239 - Dərbəndin monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı
1239-1256 - Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti
1244-1260 - Şirvanşah II Axsitan
1247-1318 - Dövlət xadimi, tarixçi və həkim Fəzlulla Rəşidəddin
1252-1320 - Filosof Mahmud Şəbüstəri
1252-1334 - Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin
1254 - Əhalinin monqollar tərəfindən siyahıya alınması
1256-1357 - Azərbaycanda Hülakular (Elxanilər) dövləti
1256-1265 - Hülaku xanın hakimiyyəti
1259 - Marağa rəsədxanasının açılışı
1260-1267 - Şirvanşah II Fərruxzad
1262, 1265, 1288 - Qızıl Orda xanlarının Azərbaycana yürüşləri
1265-1282 - Abaqa xan Hülaki
1267-1294 - Şirvanşah II Ğərşasb
1276 - Arranda Abaqa xana qarşı üsyan
1281-1345 - Alim, tarixçi Həmdullah Mustovfi Qəzvini
1282-1284 - Əhməd Tekudar Hülaki
1284-1291 - Arqun xan Hülaki
1291-1295 - Keyxatu xan Hülaki
1294-1317 - Şirvanşah III Fərruxzad
1295 - Baydu xan Hülaki
1295 - Qazan xanın islam dinini qəbul etməsi
1295-1304 - Qazan xan
1308 - Riyaziyyatçı Übeyd Təbrizi
XIII-XIV əsrlər - Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası
XIII-XV əsrlər - Bakıda Şirvanşahlar kompleksinin tikilməsi
XIV əsrin əvvəlləri - Təbrizdə universitet səviyyəli Ali mədrəsənin açılışı
XIV əsrin əvvəlləri - Təbrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikilməsi
XIV əsrin əvvəlləri - Mahmudabad şəhərinin inşası
1304-1316 - Sultan Məhəmməd Xudabəndə (Ulçaytu)
1316-1335 - Sultan Əbu Səid
1318 - Təbrizdə Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi
1322 - Bərdə türbəsinin tikilməsi
1325-1390 - Əssar Təbrizi
1334-1392 - Şeyx Sədrəddin Səfəvi
1335 - Qızıl Orda xanı Özbəyin Azərbaycana yürüşü
1335-1336 - Arpa xan Hülaki
1336 - Musa xan Hülaki
1336-1338 - Məhəmməd xan Hülaki
1339-1340 - Satıbəy xatun Hülaki
XIV əsrin 40-cı illəri - Hülakülər dövlətinin parçalanması
1340 - Bağdadda Cəlairilər dövlətinin təsisi
1340-1344 - Süleyman xan Hülaki
1340-1357 - Çobani feodallarının Azərbaycanda faktiki hökmranlığı
1340-1392 - Fəzlullah Nəimi
1344-1355 - Ənuşirəvani-Adil Hülaki
1344, 1346, 1357 - Təbrizdə Çobani feodallarına qarşı üsyanlar
1345-1372 - Şirvanşah Kavus
1345-1357 - Həsən xan Hülaki
1355-1434 - Şah Qasıi Ənvər
1357-1359 - Çobani əmiri Əxicuq
1359-1410 - Azərbaycan Cəlairilər dövlətinin tərkibində
1359-1374 - Şeyx Üveys Cəlairi
1364-1367 - Şirvanşah Kavusun Cəlairilərə qarşı mübarizəsi
1369-1417 - İmadəddin Nəsimi
1372-1382 - Sultan Hüseyn Cəlairi
1382-1538 - Dərbəndilər sülaləsi
1382-1417 - Şirvanşah I İbrahim
1382-1410 - Sultan Əhməd Cəlairi
1385, 1387, 1394 - Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
1386, 1392, 1399 - Teymurun Azərbaycana yürüşləri
1387, 1393, 1397, 1400 - Teymurun Əlincəqalaya hücumları
1387-1401 - Əlincəqalanın qəhrəmancasına müdafiəsi
1392-1427 - Şeyx Xacə Əli Səfəvi
1402-1473 - Əbdürrəşid ibn Saleh Bakuvi
1404 - İspaniyalı Klavixo Təbrizdə
1405-1406 - Azərbaycanda Teymurilərə qarşı üsyan
1406, may-iyun - Şirvanşah İbrahimin Təbrizə gəlişi
1406, iyul - Cəlairi Sultan Əhmədin Təbrizə qayıtması
1406, 14 oktyabr - Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübəkr arasında döyüş
1408, 21 aprel - Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbubəkr üzərində qələbəsi
1410, 30 avqust - Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş
1410-1420 - Qara Yusifin hakimiyyəti
1410-1467 - Qaraqoyunlu dövləti
1412, dekabr - Kür sahilində Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş
1417-1465 - Şirvanşah I Xəlilullahın hakimiyyəti
1421, 30 iyul-1 avqust - İsgəndərlə Şahrux arasında Ələşkert döyüşü
1422-1429 və 1431-1435 - Qaraqoyunlu İsgəndərin hakimiyyəti
1427-1447 - Şeyx İbrahim (Şeyxşah) Səfəvi
1429, 17-18 sentyabr - İsgəndərlə Şahrux arasında Səlmas döyüşü
1436-1467 - Cahanşahın hakimiyyəti
1447-1460 - Şeyx Cüneyd Səfəvi
1453-1457 - Cahanşahın İranı zəbt etməsi
1453-1478 - Uzun Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda)
1458 - Cahanşahın Heratı alması
1460-1488 - Şeyx Heydər Səfəvi
1465-1500 - Şirvanşah Fərrux Yəsarın hakimiyyəti
1465 - Təbrizdə "Göy məscid"in tikilməsi. Şirvanşah elçisi Həsən bəyin Moskvaya səfəri
1466 - Rusiya elçisi Vasili Papinin Şirvana gəlişi
1467, 10 noyabr - Uzun Həsənlə Cahan şah arasında Muş düzündə döyüş
1471-1473 - Venesiya elçisi Katerino Zeno Azərbaycanda
1472-1473 - Ağqoyunlu-Osmanlı müharibəsi
1473, 1 avqust - Malatiya döyüşü
1473, 11 avqust - Otluqbeli döyüşü
1478, 5 yanvar - Uzun Həsənin vəfatı
1478-1490 - Sultan Yaqubun hakimiyyəti
1483 - Təbrizdə "Həşt-behişt" sarayının tikilməsi
1483, 1487, 1488 - Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri
1487 17 iyul - İsmayıl Səfəvinin Ərdəbildə anadan olması
1488-1404 - Şeyx Sultan Əli Səfəvi
1489-1493 - Körpə İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə qalması
1490-1492 - Ağqoyunlu Baysunqurun hakimiyyəti
1492-1497 - Ağqoyunlu Rüstəm padşahın hakimiyyəti
1494-1499 - İsmayılın Gilanda (Lahicanda)qalması
1494-1556 - Məhəmməd Füzuli
1497 - Ağqoyunlu Gödək Əhmədin hakimiyyəti
1499 - Ağqoyunlu dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi
1499-1500 - İsmayılın Ərzincan səfəri
1500-cü ilin sonları - İsmayılın Çabanı yaxınlığında Fərrux Yəsarı məğlub etməsi
1501-ci ilin yazı - İsmayılın Bakını alması
1501-ci ilin ortaları - Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi
1501-ci ilin payızı - İsmayılın Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması
1501-1524 - I Şah İsmayılın hakimiyyəti
1502-1524 - Şirvanşah II İbrahimin (Şeyxşah) hakimiyyəti
1503, 21 iyun - Həmədan yaxınlığında Şah İsmayılın Ağqoyunlu Sultan Muradı məğlub etməsi
1504-1505-ci illərin qışı - Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanıması
1508, 21 oktyabr - Şah İsmayılın Bağdadı tutması
1509-1510 - Şah İsmayılın Şirvana ikinci yürüşü
1510, 2 dekabr - Mərv yaxınlığında Şah İsmayılın Özbək Şeybani xanı məğlub etməsi
1512-1520 - Sultan Səlimin hakimiyyəti
1514, 23 avqust - Çaldıran döyüşü
1515 - Diyarbəkirin Sultan Səlim tərəfindən zəbt edilməsi
1516-1517 - Səfəvilərin Gürcüstana yürüşləri
1520-1566 - I Sultan Süleyman Qanuninin hakimiyyəti
1521 - Gürcü çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi
1524, 23 may - I Şah İsmayılın vəfatı
1524-1535 - Şirvanşah II Xəlilullahın hakimiyyəti
1524-1576 - I Şah Təhmasibin hakimiyyəti
1534, 1535, 1548, 1554 - I Sultan Süleymanın Azərbaycana yürüşləri
1538 - Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi
1540, 1546, 1551, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri
1544 - Hindistan hökmdarı Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması
1547, 1549, 1554 - Şirvanda Səfəvilərə qarşı üsyan
1551 - Şəkinin Səfəvilər dövlətinə qatılması
1552-ci il - Səfəvilərin Osmanlı ərazisinə yürüşü
1555, 29 may - Amasiya sülhü
1555 - Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi
1560-1634 - Tarixçi İsgəndər bəy Münşi
1565 - Şah Təhmasibin tamğa vergisini ləğv etməsi
1571-1573 - Təbrizdə şəhər yoxsullarının üsyanı
1574-1595 - III Sultan Muradın hakimiyyəti
1576, 22 avqust-1577, 24 noyabr - II Şah İsmayılın hakimiyyəti
1578, 13 fevral-1587 - Şah Məhəmməd Xudabəndənin hakimiyyəti
1578-1590 - Səfəvi-Osmanlı müharibələri
1578, 9 avqust - Çıldır döyüşü
1578-1581 - Krım tayfalarının Şirvan və Qarabağa basqınları
1540, 1546, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri
1587-1629 - Şah Abbasın hakimiyyəti
1590 - İstambul sülhü
1598 - Paytaxtın Qəzvindən İsfahana köçürülməsi
1599-1601 - Hüseynəli bəyin başçılığı ilə Oruc bəy Bayatın Səfəvi elçiliyi tərkibində Avropaya səyahəti
1603, 14 sentyabr - I Şah Abbasın osmanlılara qarşı hərbi əməliyyata başlaması
1603, 21 oktyabr - I Şah Abbasın Təbriz şəhərini tutması
1603-1617 - I Sultan Əhmədin hakimiyyəti
1603-1607 - Səfəvi-Osmanlı müharibəsi
1604, 8 iyun - İrəvan qalasının osmanlılardan azad edilməsi
1605, may - Çıqalaoğlu Sinan Paşanın Azərbaycana yürüşü
1605, 7 noyabr - I Şah Abbasın Sufiyan yaxınlığında Osmanlı ordusu üzərində qələbəsi
1606 - Azərbaycanda Cəlairi hərəkatının yüksəlməsi
1606, 9 yanvar - I Şah Abbasın Şamaxı üzərinə yürüşü
1606, 5 iyul - Gəncənin osmanlılardan azad edilməsi
1606-1607 - Gəncədə Şah Abbas məscidinin inşası
1606 - Lori, Tbilisi və Dmanisi qalalarının azad edilməsi
1607, yanvar - Bakıda osmanlılara qarşı üsyanın başlanması
1607, fevral-mart - Dərbənddə osmanlılar əleyhinə üsyanlar
1607, 27 iyun - Şamaxı şəhərinin osmanlılardan azad edilməsi
1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1610-1612 - Osmanlı-Səfəvi müharibəsi
1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1612, 17 oktyabr - İstambulda Səfəvi-Osmanlı sülhünün imzalanması
1613, oktyabr - I Şah Abbasın Gürcüstana yürüşü
1614-1616 - Şirvanda Məlik Pirinin (Dəli Məlik) başçılığı altında üsyan
1616-1618 - Osmanlı Səfəvi müharibəsi
1616 - Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi
1618, 10 sentyabr hakimiyyəti - Sərab yaxınlığında Çınıq-körpü adlanan yerdə I Şah Abbasın osmanlı ordusunu məğlub etməsi
1618, 26 sentyabr - Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması
1618-1623 - II Sultan Osmanlı hakimiyyəti
1623-1640 - IV Sultan Muradın hakimiyyəti
1624-1626 - Səfəvi-Osmanlı müharibəsi
1625, 30 iyun - I Şah Abbasın Əlkitçay dərəsində gürcüləri ağır məğlubiyyətə uğratması
1629, 19 yanvar - I Şah Abbasın vəfatı
1629-1642 - I Şah Səfinin hakimiyyəti
1629 - Talışda üsyan
1630, 30 aprel - Osmanlı ordusunun İrəvanı tutması
1631-1632 - Kazakların Bakı şəhərinə hücumları. Dərviş Rzanın rəhbərliyi altında Qəzvin ətrafında üsyan
1635-ci ilin yayı - IV Sultan Muradın Azərbaycana yürüşü
1639, 17 may - Qəsri-Şirində Səfəvi-Osmanlı sülhünün bağlanması
1642-1667 - II Şah Abbasın hakimiyyəti
1667-1694 - Şah Süleymanın hakimiyyəti
1668, 4 yanvar - Şamaxıda zəlzələ
1668-ci ilin yayı - Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi
1696-1722 - Şah Sultan Hüseynin hakimiyyəti
1699-1702 - Səfəvi dövlətində təbəələrin ümumi siyahıya alınması
1707-1709 - Erməni fırıldaqçı siyasətbazı İsrail Orinin Azərbaycana və İrana casusluq səfəri. Car-Balakən bölgəsində üsyanlar
1709-1711 - Şirvanda üsyanlar
1709-1809 - Molla Vəli Vidadi
1710 - Qaçqın kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi
1713 - Səfəvi elçisi Fəzlulla bəyin Rusiyaya səfəri
1716-1718 - Rus dövlətinin elçisi A. P. Volınskinin Azərbaycana və İrana səfəri
1717 iyun-iyul - Rusiya-İran ticarət müqaviləsinin bağlanması
1717-1797 - Molla Pənah Vaqif
1718-1719 - Hacı Davudun başçılığı ilə Şirvanda üsyanın birinci mərhələsi
1720-1721 - Şirvanda üsyanın ikinci mərhələsi
1721, avqust - Hacı Davud və Qazıqumuqlu Surxay xanın başçılıq etdiyi Şirvan üsyançılarının Şamaxını tutması
1722, iyul - I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycana və İrana hərbi yürüşünün başlanması
1722, 23 avqust - Rus qoşunlarının Dərbənd şəhərinə daxil olması
1722, 5 sentyabr - Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi
1722, oktyabr - İsfahanın üsyançı əfqan qəbilələri tərəfindən alınması
1722, dekabr - Hacı Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı təsdiq olunması: Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi
1723, avqust - Rus eskadrasının Bakını zəbt etməsi
1723, sentyabr - Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayıl bəy arasında "müqavilə" bağlanması
1724, 12 iyul - İstanbulda Səfəvi irsini bölüşdürmək barədə Osmanlı-Rusiya bağlanması
1724, iyun - Osmanlı qoşunlarının İrəvan şəhərini alması
1724 - Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması
1725, may - Osmanlı qoşunlarının Təbrizi alması
1725, avqust - Gəncənin Osmanlı qoşunları tərəfindən alınması
1725, dekabr - Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması
1726-1727 - Müşkür, Niyazabad, Cavad, Salyan, Astara, Lənkəran, Qızılağac və Talışın rus qoşunlarıtərəfindən işğalı
1726-1758 - Qubalı Hüseynəli xanın hakimiyyəti
1727-1728 - Hacı Davudun Şirvan xanı vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi təsdiq olunması
1730 - Nadir şah Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması
1732, 16 yanvar - Girmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin bağlanması
1732, 21 yanvar - Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması
1733, fevral - Bağdad şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması
1734, avqust - Nadirin Şamaxını ələ keçirməsi
1735 - Hacı Davudun vəfatı
1735, 10 mart - Gəncə şəhərində Nadirlə Rusiya nümayəndəsi S. Qolitçın arasında müqavilənin bağlanması
1743 - Şəkidə üsyan
1744, noyabr - Nadir şahın qoşunla Şəki üzərinə hərəkət etməsi
1747, 20 iyun - Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi
1747 – III Sam Mirzənin başçılığı ilə üsyan. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan etməsi. Qəbələ və Ərəş hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xanı elan etməsi
1743-1755 - Hacı Çələbi xanın hakimiyyəti
1747-1759 - Dərbəndli Məmmədhüseyn xanın hakimiyyəti
1747-1760 - Gəncəli Şahverdi xanın hakimiyyəti
1747-1762 - Bakılı Mirzə Məhəmməd xanın hakimiyyəti
1747-1786 - Talışda Cəmaləddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti
1748 - Bayat qalasının tikilməsi. Əmiraslan xanın özünü İran hakimi elan etməsi
1748-ci ilin sonu - Adil şahın taxtdan salınması
1748-1763 - Qarabağlı Pənahəli xanın hakimiyyəti
1751 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1752 - Gürcü çarları Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü
1755 - Hacı Çələbi xanla qubalı Hüseynəli xan arasında toqquşma
1755-1779 - Şəkili Hüseyn xanın hakimiyyəti
1757 - Pənahabad (Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi
1758-1789 - Qubalı Fətəli xanın hakimiyyəti
1758-1763 - Əsgəran qalasının tikilməsi
1759 - Urmiyalı Fətəli xan Əfşarın Şuşaya hücumu
1760-1780 - Gəncəli Məhəmmədhəsən xanın hakimiyyəti
1760 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1761 - Kərim xan Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi
1763-1786 - Xoylu Əhməd xanın hakimiyyəti
1763 - Məhəmməd Səid xanın Yeni Şamaxını ələ keçirməsi
1768 - Şamaxı xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının Quba xanlığına birləşdirilməsi
1768-1769 - Şuşada yeni Cümə məscidinin inşası
1768-1784 - Bakılı Məlikməhəmməd xanın hakimiyyəti
1772 - Şəki şəhərinin yeni əraziyə köçürülməsi
1774, iyul - Əmir Həmzənin başçılıq etdiyi rus qoşunlarının Dərbəndi mühasirəyə alması
1774, avqust - General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi
1779 - Qarabağlı İbrahim xanın bakılı Məlikməhəmməd xanı həbs etməsi
1779-1781 - Şəkili Əbdülqədir xanın hakimiyyəti
1780-1781 - Qubalı Fətəli xanın Qarabağa yürüşləri
1781-1795 - Şəkili Məhəmmədhəsən xanın hakimiyyəti
1783, 24 iyul - Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haqqında Georgiyevsk müqaviləsinin imzalanması
1783-1804 - Gəncəli Cavad xanın hakimiyyəti
1785 - Xoylu Əhməd xanın Təbrizə yürüşü
1786-1814 - Mir Mustafa xanın hakimiyyəti
1795 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza birinci yürüşü
1795, iyun-iyul - Şuşa qalasının Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alınması
1795-1806 - Şəkili Səlim xanın hakimiyyəti
1796, aprel - V. Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü
1796-1806 - Qarabağlı İbrahim Xəlil xanın hakimiyyəti
1797 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza ikinci yürüşü
1797, 4 iyul - Ağa Məhəmməd şahın Şuşada qətlə yetirilməsi
1801 (əvvəli) - İran-İngiltərə müqaviləsi
1801, 12 sentyabr - Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti
1802, 26 dekabr - Georgiyevski müqaviləsi
1802-1870 - Məhəmmədəli Kazım bəyin yaşadığı illər
1803, mart - Car-Balakənin Rusiya tərəfindən işğalı
1804, 4 yanvar - Gəncənin Rusiya tərəfindən işğalı
1804, 10 iyul - Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi
1804, iyul - Rusiya-İran müharibəsinin başlanması
1805, 14 may - Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi
1805, 27 dekabr - Şirvan xanlığı ilə Rusiya arasında müqavilə
1806, 8 fevral - Sisianovun Bakı yaxınlığında öldürülməsi
1806, iyun - İbrahimxəlil xanın öldürülməsi
1806, iyun - Rus qoşunlarının Şəki xanlığından qovulması
1806, 22 iyun - Rus qoşunları tərəfindən Dərbəndin tutulması
1806, sentyabr - Bakı və Quba xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi
1806, oktyabr - Şəki xanlığının işğalı
1806, dekabr - Rus-türk müharibəsinin başlanması
1809 - İngiltərə-İran müqaviləsi
1810, 15 iyun - Mehrinin ruslar tərəfindən işğalı
1810, avqust - İranla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlanması
1812, 14 mart - İngiltərə-İran müqaviləsi
1812, 16 may - Buxarest sülhü
1812, 8 iyul - İngiltərə-Rusiya müqaviləsi
1812, 21 dekabr - Kotlyarevskinin Lənkəran xanlığına soxulması
1813, 12 oktyabr - Gülüstan sülhü
1818 - Ağalar haqqında "Əsasnamə"
1819 - Nuxada komendant üsulunun təsisi
1820 - Şirvanda komendant üsulunun təsisi
1822 - Qarabağ xanlığında komendant üsulunun təsisi
1824 - Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi
1826 - Lənkəranda komendant üsulunun təsisi
1826, 19 iyul - Abbas Mirzənin Şimali Azərbaycana hücumu
1826, 27 iyul - Gəncə üsyanı
1826, 3 sentyabr - Şamxor döyüşü
1826, 4 sentyabr - Gəncənin yenidən işğalı
1826, 13 sentyabr - Gəncə döyüşü
1826, 9 dekabr - Nuxanın yenidən tutulması
1826, 26 dekabr - Rus qoşunlarının Cənubi Azərbaycana soxulması
1827, 26 may - Naxçıvanın tutulması
1827, 5 iyun - Cavanbulaq döyüşü
1827, 7 iyul - Abbasabadın tutulması
1827, 20 sentyabr - Sərdarabadın süqutu
1827, 26 sentyabr - İrəvanın mühasirəsinin başlanması
1827,1 oktyabr - İrəvan qalasının süqutu
1827, 2 oktyabr - Mərəndin tutulması
1827, oktyabr - Xoyun tutulması
1827, 13 oktyabr - Təbrizin tutulması
1827 - Xanabad (Nuxa yaxınlığında) ipək emalı fabrikinin işə salınması
1828, 28 yanvar - Urmiyanın tutulması
1828, 8 fevral - Ərdəbilin tutulması
1828, 10 fevral - Türkmənçay müqaviləsi
1828, aprel - Rus-türk müharibəsinin başlanması
1829, 2 sentyabr - Ədirnə sülhü
1830 - Car vilayətinin təşkili
1830 - Car-Balakən üsyanı
1830, dekabr - Şuşada ilk qəza məktəbinin açılması
1831, 3 iyun - Yeni ticarət tarifi (yasaqlı tarif)
1831 - Talış üsyanı
1832, 17 yanvar - Bakıda qəza məktəbinin açılması
1833, 8 fevral - Gəncədə qəza məktəbinin açılması
1837 – Quba üsyanı
1838 - Car-Balakəndə kəndli çıxışı
1838 - Şəkidə kəndli üsyanı
1840 - İnzibati məhkəmə islahatı
1841, 5 yanvar - Zaqafqaziyada dövlət əmlakının idarə olunması haqqında qanun
1844 - Qafqaz canişinliyinin təsisi
1844-1845 - Şuşa, Nuxa və Qubada kəndli çıxışları
1846, 14 dekabr - Şamaxı, Dərbənd quberniyalırının təşkili
1848 - Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusunu qazmaq cəhdi
1848 - Şuşada ilk teatr tamaşası
1849, iyun - İrəvan quberniyasının təşkili
1849 - Gəncədə, Şuşada, Şamaxıda, Bakıda müsəlman məktəblərinin açılması
1850 - Lənkəranda ilk teatr tamaşası
1852 - Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi
1855 - Gədəbəy misəritmə zavodunun işə düşməsi
1857 - Şamaxıda ilk teatr tamaşası
1859 - Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili
1861, 29 iyun - "Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə"nin təsdiqi
1863, iyun - Zaqatalada üsyan
1864, 21 yanvar - Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilməsi
1864 - Şuşada şair Mirzə Rəhim Fəna tərəfindən "Məclisi-üns" təşkil edilmişdi
1865 - Bakıda 4 sinifli ali ibtidai məktəb Azərbaycanda ilk gimnaziya üçün əsas oldu
1865, 25 avqust - "Simens qardaşları və Ko şirkəti" tərəfindən Gədəbəydə iri misəritmə zavodunun tikilməsinin başa çatdırılması
1868 - Mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması
1869 - S. Ə. Şirvani tərəfindən Şamaxıda yeni tipli məktəblərdən biri açılmışdır
1870, 14 may - aqrar islahatı
1872, 17 fevral - Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması
1872, 16 iyun - şəhər əsasnaməsinin təsdiq olunması
1872, avqust - Bakı xəzinə palatasının təsiri
1873, 23 mart - Bakıda M. F. Axundovun "Lənkəran xanının vəziri" pyesinin tamaşasının göstərilməsi
1873 - İlk neft fontanı
1874 - Ərəş qəzasının təşkili
1874 - Bakıda ilk qadın gimnaziyasının fəaliyyətə başlaması
1875, 22 iyul - "Əkinçi" qəzetinin nəşrə başlaması
1878 - İlk neft kəmərinin çəkilişi
1879 - "Nobel qardaşları" firması tərəfindən ilk dəmir yolunun çəkilməsi
1880, yanvar - Bakı rayonunda dəmir yolunun fəaliyyətə başlaması
1880 - "Kəşkül" qəzetinin nəşrə başlaması
1882 - Ordubadda "Əxtər" ("Ulduzlar") məktəbi açıldı
1882 – A. O. Çernyayevskinin tərtib etdiyi "Vətən dili" dərsliyinin çap olunması
1882 - Zaqatalada birinci peşə məktəbi təşkil olundu
1883, may - Tiflis və Bakı arasında dəmir yolu fəaliyyətə başladı
1883, iyul - Cəbrayıl və Cavanşir qəzalarının təşkili
1889-1893 - İngilis təbəəsi A. Ukqardtın və onun həmvətənlisi İ. Blissin Ucarda, Yelizavetpolda və Kürdəmirdə biyan kökü emal edən zavodları tikdirmələri
1890, 3 dekabr - Cənubi Qafqaz torpaqlarının sudan istifadə üçün "Sudan istifadə haqqında Əsasnamə"nin qəbul edilməsi
1894 - Rusiyada ilk neft ixracedici sindikat "Bakının neft-zavod sahibləri ittifaqı"nın yaranması
1896 - Bakı-Batum neft kəməri tikintisinin başlanması
1896 - Mərdəkanda Azərbaycanın ilk xüsusi bağçılıq məktəbi açıldı. Məktəb H.Z. Tağıyev tərəfindən təşkil olunmuşdu.
1897 - Bakının ən iri firmalarından biri "H. Z. Tağıyev" firması bir qrup ingilisə Q. Qladstana, D. Kitona, C. Mira və başqalarına satıldı
1897 - Balaxanı-Sabunçu polismeysterliyinin təsis edilməsi
1898 - Bakı neft hasilatına görə ABŞ-ı ötdü
1898 - Quba bağçılıq məktəbinin fəaliyyətə başlaması
1899 - Yelizavetpol quberniyasında "Tovuz" tikinti materialları və sement istehsalı səhmdar cəmiyyəti təsis olundu
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"








Download attachment >>