"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Dövlət müstəqilliyinə dair sənədlər: Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında müsavat parlamanının qərarı Dövlət müstəqilliyinə dair sənədlər: Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında müsavat parlamanının qərarı ================================================================================ admin on 31 December, 2009 21 aprel 1920-ci il Axşam saat 11.00 Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: 1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; 2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; 3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əksər deputatları Sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; 4. Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; 5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; 6. Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; 7. Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini Sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov “Kommunist” qəzeti, 6 may 1920-ci il