Müstəqilliyin ilk illərində daxili siyasi vəziyyət (1991-1993-cü illər): 5. Vətəndaş müharibəsinin və ölkəni parçalamaq cəhdlərinin dəf olunması.
Başlanmış vətəndaş müharibəsini dayandırmaq, müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə siyasi idarəçilik bacarığı olma-yan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik olan Surət Hüseynovu öz sayıq nəzarəti altında saxlamaq məqsədilə Heydər Əliyev onu baş nazir vəzifəsinə təyin etdi. Güc nazirliklərinə rəhbərlik də ona tapşırıldı. Belə yüksək vəzifələr tutsa da, Heydər Əliyev iqtidarında öz məqsədinə nail ola bilməyəcəyini dərk edən Surət Hüseynov qərargahı Gəncədə yerləşən Səhra-Cəbhə İdarəsi yaratdı, burada sabiq müdafiə naziri Rəhim Qazıyev, iyunun 15-də Lənkəranda hərbi hissələrin köməyi ilə hakimiyyəti devirmiş Əlikram Hümbətovla birlikdə cəbhədə vəziyyəti daha da ağırlaşdırmaq, cəmiyyətdə siyasi çaxnaşma yaratmaq, dövlət başçısını hakimiyyətdən əl çəkməyə məcbur etmək və Ayaz Mütəllibovu yenidən hakimiyyətə qaytarmaq planları hazırladı və həyata keçirməyə başladı. S. Hüseynov Gəncədə bəyanat verib bildirdi ki, o, "xalqın və dövlətin taleyinin həll edilməsi məsələsini" öz üzərinə götürür. Ə. Hümbətov bu bəyanatı alqışladı. Vəziyyəti sivil qaydada nizama salmaq istəyən Heydər Əliyevlə görüşündə öz imkanlarını düzgün qiymətləndirməyib şişirdən, səlahiyyəti xalqdan deyil, bir dəstə silahlı quldurdan almış, "səlahiyyətim avtomatımdır" deyən Ə.Hümbətov davakar-ultimativ iddialar irəli sürdü.
Avqustun 7-də cənub bölgəsində üzdəniraq "Talış Muğan Respublikası" ("TMR") yaradıldığı elan olundu. "Hökumət" təşkil edildi. Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu tanımağı xahiş etdilər. Təbii ki, cavab alınmadı.
Yerlərdə baş vermiş kortəbii mitinqlərdə əhali Hümbətovun quldur dəstəsinin ləğv edilməsini, qondarma "TMR"-i tanımadıqlarını bəyan edirdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitələrlə həllinə üstünlük verdi. Avqustun 13-də o, həmin bölgədən olan xalq deputatları, ziyalılar, ağsaqqallarla görüşdü. Onlar hümbətovçuluğa qarşı qəti tədbirlər görülməsini tələb etdilər. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi. S. Hüseynov avqustun 18-19-da Gəncədə Ə. Hümbətovu dost kimi qəbul edib möhkəm dayanmağı məsləhət bildiyi vaxt cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənib avqustun 21-23-də elə miqyas aldı ki, Ə. Hümbətov qaç-malı oldu. Üzdəniraq "TMR" ləğv edildi.
Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdilər.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Prezident Heydər Əliyev and-içmə mərasimindəki nitqində élan etdi: "Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışa-cağam". Heydər Əliyev prezident kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı xalqın ədalətli müharibəsini sülh vasitələri ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmaq bilmədən çalışdı.
Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başlandı.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







