Müstəqilliyin ilk illərində daxili siyasi vəziyyət (1991-1993-cü illər): 1. Ermənistan-Azərbaycan müharibəsi. Siyasi hərc-mərclik və hakimiyyət uğrunda mübarizə
Əvvəl sovet, sonralar Rusiya hərbi qüvvələrinin köməyi ilə ermənilər Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirmiş, bir sıra əlverişli strateji mövqelər tutmuş, azərbaycanlıları buradan qovub çıxarmağa başlamışdılar. 1991-ci ilin sentyabrında Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq - Dağlıq Qarabağ Respublikası yaradılmışdı. Hətta 1991-ci ildə referendum keçirilmişdi, erməni icması buna tərəfdar çıxmışdı. Üzdəniraq, oyuncaq "respublikanın" ali sovetinə seçkilər də keçirilmişdi. Həmin il noyabr ayının 26-da Azərbaycan Respublikası DQMV statusunu ləğv etməyə məcbur oldu.
Beynəlxalq ictimaiyyət tərəfindən, demək olar ki, heç bir müqavimətə rast gəlməyən, Rusiyanın himayəsini açıq-aşkar hiss edən ermənilər daha da azğınlaşdılar. 1991-ci ilin axırında Rusiya ilə Ermənistan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" bağlandı.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 9-da "Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul etmişdi. Bu qüvvələrin ilk hissələri dekabrın 8-də cəbhəyə yola salınmışdı. İlk vaxtlar könüllülük prinsipi əsasında qurulmuş, təcrübəli hərbçiləri az olan orduda ciddi nizam-intizam yaratmaq mümkün deyildi. Hərbi hissələrə müxtəlif siyasi qüvvələrin təsiri böyük idi. Bəzi ictimai təşkilatların, məsələn AXC-nin, hətta ayrı-ayrı şəxslərin hərbi dəstələri vardı. Hərb sənətini mükəmməl bilən komandirlər çatışmırdı. Baş qərargahın işi pis qurulmuşdu. Hərbi hissələrə pozuculuqla məşğul olan satqınlar soxula bilmişdi. Güclü informasiya axınına yol verilirdi.
Orduda korrupsiya baş alıb gedirdi. Hərbi hissələrdən silah, sursat, yanacaq oğurlanır, hətta düşmənə satılırdı. Fərariliyə qarşı ciddi mübarizə aparılmırdı.
Noyabrın 19-da 22 rayon və şəhərdə özünümüdafiə batalyonları yaradılması haqqında əmr verildi. Əslində bu işə oktyabrda başlanmışdı. Qazax, Ağstafa, Ağdam, Kəlbəcər, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Tovuz, Füzuli, Goranboy, Xanlar, Yevlax, Bərdə, Tərtər, Gədəbəy, Şəmkir rayonlarında, Gəncə və Xocalı şəhərlərində ərazi özünümüdafiə qüvvələri yaradıldı. Bu batalyonların tərkibi yerli əhalidən formalaşırdı. Bu qüvvələr müvəqqəti hesab olunurdu və sonradan ordu hissələri çağırışçılar hesabına komplektləşdiriləndə könüllülər tədricən ehtiyata buraxılacaqdı. Özünümüdafiə batalyonlarının komandirləri, onların müavinləri rayonların hərbi komissarları tərəfindən seçilir, icra hakimiyyəti başçılarının razılığı ilə təyin edilir və MüdafiəNazirliyinə təqdim olunurdu. Bu batalyonların komandirləri icra başçılarının müdafiə məsələləri üzrə müavinləri idilər. Özünümüdafiə batalyonlarına rəhbərlikdə ikili tabeçilik kimi yolverilməz bir vəziyyət yaranmışdı. Respublika prezidenti icra başçıları vasitəsilə ordunu əlində saxlamaq istəyirdi.
Yuxarı Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin çoxunda əsasən 1992-ci ilin fevralında yerli əhalidən ibarət özünümüdafiə bölmələri təşkil olunmuşdu. Muğanlı, Əmirallar, Malikli, Günəşli, Orta Güneypəyə, Malıbəyli, Gülablı, Çərəkdar, Xatənbəyli, Tuğ kəndlərində müstəqil hərbi hissələr yaradılmışdı.
Sərhəd rayonlarında müdafiə istehkamları, kəşfiyyat və rabitə şəbəkələri qurulması işi də özünümüdafiə batalyonlarına tapşırılmışdı. Hərbi vəziyyətin kəskinləşməsi ilə əlaqədar sonralar, 1992-ci ilin fevralında Ağcabədi və Beyləqanda da özünümüdafiə batalyonları yaradıldı. Lakin təchizatda, səfərbərlikdə ciddi qüsurlara yol verilirdi. Yerli imkanlar hesabına saxlanılan batalyonların silahla, hərbi işə yaxşı bələd olan zabitlərlə təmin olunması yarıtmaz vəziyyətdə idi. İkili tabeçilik də onların fəaliyyətinə mənfi təsir göstərirdi.
Lazımi döyüş qabiliyyəti, təchizatı olmayan və müdafiə taktikası seçməyə məcbur olan bu yerli özünümüdafiə qüvvələri xeyli dərəcədə yaxşı silahlanmış və təlim görmüş düşmənə qarşı, təbii ki, döyüşə bilmir, tez-tez məğlubiyyətə uğrayırdılar.
Formal şəkildə ordu bölmələri təşkil olunsa da, onun nə lazımınca silahı və sursatı, nə də ərzaq və geyimi vardı. Təlim keçirilmirdi, könüllülük prinsipi həddən ziyadə siyasiləşmiş cəmiyyətdə orduya müxtəlif amallı və əqidəli adamların gəlməsinə səbəb olmuşdu. Orduda elə ilk günlərdən xaos yaranmağa başlamışdı. Müxalif qüvvələr də silahlı qüvvələr yaradılmasına öz səriştəsiz, populist hərəkətləri ilə mane olurdu. Onların tələbləri ilə Parlament silahlı qüvvələri 3 aya yaratmaq üçün vaxt vermişdi. Ə. EIçibəy Prezidentə "Qarabağ problemini həll etmək üçün 20-25 gün" vaxt verilməsini tələb edirdi. Müdafiə Nazirliyini ələ keçirmək istəyən siyasi qüvvələr - Rəhim Qazıyev, Etibar Məmmədov, Fəhmin Hacıyev və b. buraya hərbçinin deyil, mülki şəxsin rəhbər təyin olunmasını tələb edir, piketlər keçirirdilər. Müdafiə nazirlərinin tez-tez dəyişdiril-məsi ordu quruculuğuna ağır zərbələr vururdu.
1991-ci il oktyabrın 9-da "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq hərbi obyektləri, silah və texnikanı inventarlaşdırıb müsadirə etmək tələblərinə baxmayaraq, rus hərbçiləri mümkün olan hər bir şeyi respublikadan çıxarmağa, şəxsi adamlara satmağa, məhv etməyə çalışırdılar.
Bu təxribatlardan biri də Səngəçal qəsəbəsindəki aerodromda hərbi vertolyotları yandırmaq cəhdi oldu. Razılığın əksinə olaraq, Sitalçay, Kürdəmir və Dəllərdə yerləşən aviasiya hissələrindən təyyarələr aparıldı, hərbi aerodrom dağıdıldı, qiymətli hərbi cihazlar məhv edildi. Xəzər Donanması gəmilərində də avadanlığa, yerüstü obyektlərin, demək olar ki, hamısına xəsarət yetirilmiş, sökülüb dağıdılmışdı.
Belə bir şəraitdə erməni hərbi hissələri Rusiya qoşununun köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdi. Onlar 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanın mühasirəsi getdikcə daralırdı. Yeni yaranmağa başlayan Azərbaycan ordusunun hissələri, xüsusi təyinatlı milis və özünümüdafiə dəstələrinin müqavimət tədbirləri nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu. Azərbaycan ordusunun Şuşanın mühasirəsini Daşaltı tərəfdən yarmaq üçün keçirdiyi əməliyyat da tam uğursuzluqla nəticələndi. Satqın bələdçilər bir taqım əsgər və zirehli maşınları minalanmış əraziyə saldılar, ordu böyük tələfat verdi, 33 nəfər həlak oldu, 34 nəfər itkin düşdü, 36 nəfər yaralandı.
Fevralın ortalarında düşmən növbəti dəfə Qarabağlı kəndinə güclü hücuma başladı. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra ermənilər kəndi ələ keçirib onun 92 nəfər müdafiəçisini, 54 sakinini vəhşicəsinə öldürərək silos quyularına atdılar. Qalan əhali əsir götürüldü.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







