"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Ərazi Ərazi ================================================================================ admin on 06 December, 2009 Azərbaycan Respublikasının ərazisi - 86,6 min km2 (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir. Böyük göllər, km2 Sarısu - 67.0 Ağgöl - 56.2 Ağzıbirçala - 37.0 Mehman - 35.0 Böyükşor - 9.2 Hacıqabul - 8.4 Dünyada ən böyük göl -Xəzər dənizi, sahəsi 400000 km2, dərinliyi-1025 m. Böyük adalar km2 Pirallahı - 14.4 Çilov - 11.5 Xərə-Zirə - 3.5 Böyük-Zirə - 1.4 Böyük çaylar km Kür - 1515 Araz - 1072 Alazan (Qanıx) - 413 İori (Qabırrı) - 389 Samur - 216 Tərtər – 200