Azərbaycan

Şrift ölçüsü: Decrease font Enlarge font

Azərbaycan Respublikası - Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyayada, kiçik bir hissəsi isə Avropada yerləşən, Xəzər dənizi hövzəsi ölkəsi.

Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir (20% ərazisi işğal altındadır). Azərbaycan 44 və 52 dərəcə şərq uzunluq dairəsi, 38 və 42 dərəcə şimal en dairəsi coğrafi koordinatları arasında yerləşir. Bakı 40-cı paraleldə yerləşir. Azərbaycanın ümumi sərhədləri: cənubda İranla 765 km, Türkiyə ilə 15 km, şimalda Rusiya ilə 390 km, şimal-qərbdə Gürcüstanla 480 km, qərbdə Ermənistanla 1007 km. Sahil xəttinin uzunluğu 713 km–dir.

Azərbaycan Respublikasının əhalisi (01.01.2008-ci il) 8 milyon 629 min nəfərdir.

Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili statusuna malikdir.

Hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir, yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az