“Azərbaycan 20 il” adlı veb konfrans.

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi 18 oktyabr 2011-ci il tarixdə Azərbaycanın DövlətMüstəqilliyinin 20-ci ildönümü münasibətilə veb konfrans keçirmişdir.Müasir gənclik informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi ...
Daha ətraflı

“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi

“NUR” Ushaq ve Genclerin İctimai Birliyi, Azerbaycan Genclerinin AİDS-le Mubarize Koalisiyasi, MTV Staying Alive Fondu “Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” adli Hemyashidan-hemyashida Tehsil ...
Daha ətraflı

STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER

Armenian armed forces permanently fire at settlements and civilians on the Azerbaijani side of the contact line. However, the violation of the ceasefire by the ...
Daha ətraflı

Ağayev Mirməhəmməd

Ağayev Mirməhəmməd Mirhaşım oğlu 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur....
Daha ətraflı

Əziz dostlar!

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi böyük məmuniyyətlə www.0-18.az saytını sizin diqqətinizə və istifadənizə təqdim edir.

Uşaqlar və uşaqlarla işləyən şəxslər üçün nəzərdə tutulan saytın hər bir bölümündə sizin üçün yararlı və maraqlı olacaq məlumatlar əldə edə bilərsiniz. Həyatımızın ən gözəl çağları məhz uşaqlıq illəridir. Biz kiçik yaşlı həmvətənlərimizin öz hüquqlarını bilməsini, sağlam və təhlükəsiz həyat sürməsini, bilikli və mədəni vətəndaş olmasını, asudə vaxtını isə səmərəli keçirməsini istəyirik. Saytda saytın yaradıcıları- “NUR” Uşaq və Gənclərin İctimai Birliyi haqda geniş məlumat əldə edə və əlaqə yarada bilərsiniz.

“Uşaq Hüquqları” bölümündə uşaqların hüquqları, uşaqlar üçün daha yararlı dünyanın qurulması üçün görülən işlər, uşaqların üzləşdiyi problemlər barədə məlumatlanmaqla uşaq hüquqlarının müdafiəçisi ola bilərsən.

“Sağlamlıq” bölümündə uşaqların və yeniyetmələrin sağlamlığı, pis vərdişlər, təcili yardım və s. bu kimi məlumatlar yer alıb.

“Təhlükəsizlik qaydaları” bölümündə həyatda, yolda, internetdə təhlükəsizlik qaydaları ilə tanış ola bilərsən.

“Elm aləmi” bölümündə dərslərində sənə yardımçı ola biləcək müxtəlif məlumatlardan yararlana bilərsən.

Əylənmək istəyirsənsə, “Əyləncə” bölümündə onlayn oyunlar, musiqi, şəkil və rəsmlərdən istifadə edə bilərsən.

“Quiz” bölümündə uşaq hüquqları ilə bağlı biliklərini yoxlamaq üçün test-sorğularda iştirak edə bilərsən.

“Sizin yazılar” bölümündə saytın istifadəçiləri və qonaqlarının həyatları ilə bağlı real hadisələrin təsviri, bədii yaradıcılıq nümunələri yer alacaq.

Məsləhət xidməti vasitəsilə heç kimdən bölüşə bilmədiyin və ya cavab tapa bilmədiyin problemlərini, suallarını ananim olaraq bizə yaza bilərsən. Burada sənə mütəxəssislər cavab verəcək.

Rəy və təkliflərinizi gözləyirik! Sayt daima yenilənəcəkdir. Yeniliklərdən hamıdan qabaq xəbərdar olun.

Site by: WebStudio.Az